Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İdoneziyada Şiələrin durumu pis olaraq qalmaqda davam edir. Belə ki, azğın vəhabi firqəsinə bağlı olan indoneziyalı terroristlər, keçən il Məhhərəm ayından bəri, etnik Şiələrə qarşı zorakılıq göstərərək, İmam Hüseynin (əleyhis səlam) əzadarlığ mərasimin keçirtməyə maneəçilik törədmişlər. Azğın vəhabilər, Şiələrin evlərini, Məscidlərini yandıraraq, günahsız insanları şəhid etmiş və öz yurd-yuvalarından qovmuşlar.
Aldığımız məlıumata görə, bu il İndoneziya Şiələri daha da acınacaqlı bir vəziyyəti yaşayırlar. Rəsmi dövlət strukturları tərəfindən Şiələrə qarşı təzyiqlər artıb və Əhli-Beyt (əleyhimus səlam) məktəbinin davamçılarına su və qida məhsulların verilməsinin qarşısı alınıbdır.
Hal-hazırda İndoneziyada Şiələrin durumunun çox pis olması elə bir kitik həddə çatıb ki, artıq “Beynəlxalq Amnesty International” Təşkilatı İndoneziya dövləti tərəfindən Əhli-Beyt (əleyhimus səlam) məktəbinin davamçılarına qarşı yürüdülən anti-bəşərə siyasətləri məhkum etmişdir.
“Beynəlxalq Amnesty International” Təşkilatının bu barədə yayımladığı bəyanatda deyilir: “İndoneziyanın Təhlükəsizlik Qüvvələri, ölkənin Şərqində öz yurd-yuvalarından didərgin düşmüş Şiələrin üzərinə hər hansı içməli su və yeyinti məhsullarının çatdırılmasının qarşısın almışlar. Dövlət təhlükəsizlik qüvvələri bu minvanla, 190 Şiənin -bunların 69-zu qadın, 61-i isə uşaqdır- həyatını təhlükə altına atmış olur.”
“Beynəlxalq Amnesty International” Təşkilatının yayımladığı bəyanatda daha sonra deyilir: “Şərqi Cave əyalətinin Madura adasında yaşayan Şiələr bundan öncə də təzyiqlər ilə üzləşmişlər. 29 sentyabr 2012 tarixdə, bir dəstə quldur Şiələrin evlərini yandırmış, Məscidlərini viran etmiş və orta məktəblərini dağıtmışdır. Tə`süflə qeyd etməliyik ki, törədilmiş bütün bu vəhşiliklərə baxmayaraq, rəsmi dövlət, sadəcə bir nəfəri həbs edərək barəsində yalnız 3 aylıq həbs qəti qərarını vermişdir...”.
Daha geniş məlumat əldə etmək üçün bu linki tıklayın:
İndoneziyada sələfilər Şiələrin evlərin yandırdı + FOTO
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır