2 dekabr 2012 - 20:30

Rusiya Xarici İşlər Naziri Lavrov Qərb ölkələrinin Suriyaya qarşı yürütdüyü davranışlarını tənqid edərək "Demokratiya qan tökməklə mümkün deyil" deyib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Avropa Birliyinin Suriyaya qarşı yürütdükləri siyasətləri tənqid edərək bildirib:"Qərb, demokratiyanı" dəmir və qan "la genişləndirməyə çalışır...".

Reuters xəbər agentliyinin bildirdiyinə görə Lavrov həmçinin, qərbin bu mövqeyinin ancaq Suriyada aşırıcı güclərin güclənmələrinə gətirib çıxaracağı xəbərdarlığını da etmişdir.

Rusiyanın "İtar Tass" xəbər agentliyi isə bu barədə Lavrova istinad edərək bildirib: "Rusiya, qərbin təsirli olmasına qarşı deyil və inad edərək Qərbin bu məzmunda ortaya atdığı layihələrini sabote etmir. Amma həqiqət budur ki, son bir neçə ayda, demokratiyanın qanla, dəmirlə yürüdüləməyəcəyi artıq isbat edilmişdir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır