Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Neft Naziri Qasımi, İİR-ın neft və təbii qaz çıxarma tutumu haqqında açıqlama verərək bildirib: “İran İslam Respublikasının xam neft çıxarma tutumu gündəlik 4 milyon barrel və təbii qaz çıxarma tutumu da 600 milyon kubmetrdir”.
Cənab Qasımi, İran İslam Respublikası dünya neft yataqlarının % 12-nə və təbii qaz qaynaqlarının % 17 qədərinə sahib olduğunu və cəmdə dünyanın ən böyük qalıq yanacaq qaynaqlarını əlində saxlayan ölkə sayıldığını ifadə edib.
Neft Naziri ayırca beşinci beş illik inkişaf proqramında İran İslam Respublikasının xam neft çıxarma tutumu gündəlik 5.2 milyon barrel və təbii qaz çıxarma tutumu də gündəlik bir milyard kubmetrə çatacağını vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır