Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın müdafiə nazirliyi rəsmi olaraq elan edib: “Keçən həftə İran İslam Respublikasının iki “SU-25” tipli qırıcı təyyarələri Fars Körfəzi üzərində uçuş aparan Amerikanın pilotsuz kəşfiyyat təyyarəsin atəşə tutmuşlar”.
CNN xəbər agentliyinin verdiyi məlumata görə, Fars Körfəzi üzərində uçuş aparan ABŞ-ın pilotsuz təyyarəsi İran İslam Respublikasına aid iki “Su-25” tipli qırıcı təyyarələrin ona yaxınlaşaraq odlu atəşlər yağdırdığın video film ilə qeydə almışdır.
Bildirək ki, Amerika hadisə ilə bağlı İran İslam Respublikasına öz etirazın bildirmişdir. Lakin İslam Respublikası isə ABŞ rəsmilərinə öz sükutu ilə cavab vermişdir.
Qeyd edək ki, Noyabrın 1-də İran İslam Respublikasına məxsus iki “SU-25” qırıcı təyyarəsi İİR sahilindən 16 dəniz mili məsafədə yerləşən Fars Körfəzi üzərində gizli müşahidə missiyası həyata keçirən Amerika pilotsuz təyyarəsinə bir neçə dəfə atəş açıb və onu İran İslam Respublikası hava məkanına yaxınlaşmağa qoymayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır