6 noyabr 2012 - 20:30

Azğın terrorçular Dəməşqin əl-Vrud məntəqəsində 2 əldəqurma bomba və bomba ilə yüklənmiş bir maşını partlatmışlar. Nəticəsində 11 günahsız vətəndaş şəhid olmuş, onlarla vətəndaş isə müxtəlif nahiyələrdən bədən xəsarəti almışlar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünya istikbarçıları iki ilə yaxın Suriyada tətbiq etmək istədikləri bədxah planları puça çıxdıqdan sonra növbəti şərəfsiz planlarına əl atıblar.

Suriya Milli Televiziyasının verdiyi məlumata görə, Suriya Milli Ordusunun müvəffəqiyyətlə apardığı Təmizlənmə Əməliyyatları nəticəsində geri çəkilən “azad Suriya ordusu” adlı terrorçu dəstələr “B” planına keçiblər.

Azğın terrorçular Dəməşqin əl-Vrud məntəqəsində 2 əldəqurma bomba və bomba ilə yüklənmiş  bir maşını partlatmışlar.

Partlayış nəticəsində 11 günahsız vətəndaş şəhid olmuş, onlarla vətəndaş isə müxtəlif nahiyələrdən bədən xəsarəti almışlar.

Bildirmək lazımdır ki, şəhid və yaralıların əksəriyyəti qadın və azyaşlı uşaqlardır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır