Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən AİP-in sədr əvəzi Hacı Elçin Manafov bildirib: “Azərbaycan İslam Partiyasının (AİP) fuksioneri Arif Qəniyev aclıq aksiyasına başlayıb”.
Onun sözlərinə görə, A.Qəniyevin aclıq etməsinə səbəb ona qarşı olan saxta ittihamların olması və bu ittihamların Milli Təhlükəsizlik Nazirliyi tərəfindən irəli sürülməsindən irəli gəlib.
A.Qəniyev qanunsuz həbsinə görə, ölkə rəhbərliyinə və aidiyyatı qrumlara etiraz olaraq bu addımı atıb.
E.Manafov deyib ki, AİP funksioneri neçə vaxtdır səhhətində ciddi problemlər yaranıb. Ona xüsusi müalicə lazımdır. Bundan başqa, onun həyat yoldaşı da şəkər xəstəliyindən əziyyət çəkir. Hazırda onun görüşmək üçün manelər var.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır