9 oktyabr 2012 - 20:30

İmam Xamenei cənabları: “Görəsən İran İslam Respublikasının iqtisadi durumu pisdir yoxsa qərb olkələrinin iqtisadi durumu ki, artıq bir ilə yaxındır avropa ölkələrində iqtisadiyyatın psləşməsi ilə bağlı küçə və xiyaban mitinqləri ilə üzləşiblər?!...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün 10 oktyabr 2012 tarixdə Dünya Müsəlmanlarının Ali Lideri, həzrəti Ayətullah Seyyid Əli Xameneinin İran İslam Respublikasının Şimali Xorasan əyalətinin Bucnurd şəhərinə şanlı səfəri baş tutub.

İmam Xamenei cənabları bu gün Bucnurd şəhər əhalisi qarşısında çıxış edərək Dünyada baş verən olaylara və habelə İran Xalqının düşmənlər qarşısında ayıqlıq göstərməsinin lüzumluğuna işarə edərək bildirib: “Bir qrup insanın cəmi 2-3 saat ərzində Tehrannın iki xiyabanında yığışaraq bir-iki zibil qablarının yandırılması xəbəri bəzi avropa ölkə rəsmilərinin hədsiz sevincinə səbəb olub. Onlar uşaq kimi, diplomatiya ləyaqətindən kənar olaraq hadisə ilə bağlı sevindiklərini dilə gətirdilər. Lakin gərək onlardan soruşula: “Görəsən İran İslam Respublikasının iqtisadi durumu pisdir yoxsa qərb olkələrinin iqtisadi durumu ki, artıq bir ilə yaxındır avropa ölkələrində iqtisadiyyatın psləşməsi ilə bağlı küçə və xiyaban mitinqləri ilə üzləşiblər?!...”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır