Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respubliasının Müdafiə Naziri General Əhməd Vəhidi, İraq səfəri çərçivəsində Milli Koalisiya Başçısı İbrahim Cəfəri ilə də görüşüb.
Müdafiə Nazirinin görüş zamanı Koalisiyanın İraqdakı hadisələrdə, xüsusilə də ölkənin xarici əlaqələrinin təmin edilməsi sahəsində oynadığı əhəmiyyətli roluna işarə edərək İbrahim Cəfərinin İraq daxilində vəhdətin təmin edilməsi mövzusundakı rolun təqdirə laiq bilib.
General Vəhidi həmçinin deyib: "Çox qədim bir mədəniyyətə və dolu qaynaqlara sahib olan İraq, regional və beynəlxalq məsələlərdə aktiv bir faktor olaraq rol oynaya bilər".
İraq Milli Koalisiya Başçısı İbrahim Cəfəri də görüş zamanı etdiyi çıxışında belə bir ziyarətdən məmnuniyyət duyduğunu ifadə edərək bildirib: “İran İslam Respublikası ilə İraq arasındakı əməkdaşlığın artırılması müsbət və konstruktiv bir təşəbbüsdür. İraq ordusunun İİR-ın təcrübə və qabiliyyətlərindən faydalanması məqsədə uyğun və zəruri bir məsələdir".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır