4 oktyabr 2012 - 20:30

Nuru əl-Maliki: İİR ilə İraq Dövləti arasındakı müdafiə əlaqələrinin inkişafını regionda sülh və əmnamanlığın yaranmasına səbəb olacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən 4 oktyabr 2012 tarixdə İran İslam Respublikasının Müdafiə Naziri General Əhməd Vahidi İraq Respublikasına səfər edib.

Baş tutmuş səfərdə İslam Ölkəsinin Müdafiə Naziri qonşu İraq Ölkəsinin Baş Nazir Nuri əl-Maliki ilə də görüşüb.

Görüşdə cənab əl-Maliki, Vahidi cənablarının İraq səfərindən duyduğu məmnuniyyəti dilə gətirərək Tehran ilə Bağdad arasında müdafiə əlaqələrinin inkişafını daha da artırılmasını istəyib.

Bölgədəki həssas şəraitə işarə edən Nuri əl-Maliki iki ölkə arasındakı müdafiə əməkdaşlığının inkişafını bölgədə sülh və əmnamanlığın yaranmasına daha da kömək edəcəyini vurğulayıb.

İslam Respublikasının Müdafiə Naziri cənab Vahidi də öz növbəsində İraq milləti və dövlətini işğalçı ABŞ ordusunun bu ölkədən geri çəkildikdən sonra İraqda sabitlik və təhlükəsizliyi təmin etməkdə nümayiş etdirdiyi müvəffəqiyyətdən ötəri təbrik etdi və İraq Dövlətinin inkişaf və iqtidarının artmasını bölgə ölkələrinin xeyrinə olduğunu bildirdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır