Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri Əl-Şərqiyə vilayətinin Əvamiyə şəhərində yerləşən Ayin İmam Hüseyn (əleyhi səlam) məscidini dağıdıblar.
Məscidə qarşı anti-İslamist hərəkat vilayətin Şiə əhalisinin qiyamını yatırmaq əməliyyatı çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, iyulun 8-də əl-Qətif şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş yerli Şiə İcmasının nüfuzlu Dini Nümayəndəsi Şeyx Nimr Baqir ən-Nimr gündəlik namazlarını məhz bu məsciddə qılırmış.
Xatırladaq ki, Şeyxin həbsi evi yaxınlığında həyata keçirilib. Vəhabi rejim polisləri onun maşınına güllə atəşi açaraq onun ətrafında olan 2 nəfəri şəhid Şeyx Nimri isə ağır yaralıyaraq naməlum istiqamətə aparmışlar. Bir müddət keçdikdən sonra isə onun yeri məlum olmuşdur. Şeyx Nimr bu günə kimi vəhabi rejimin zindanlarında saxlanılır.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır