5 sentyabr 2012 - 19:30

“Suriyadakı hadisələr Qərbin məğlubiyyətinin göstəricisidir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sepahın sabiq komandanı general Yəhya Rəhim Səfəvi bəyanat verib.

Toplantıların birində çıxış edən Səfəvi Suriyadakı hadisələri Qərbin məğlubiyyəti kimi dəyərləndirib.

Suriyada baş verənlərdə itirənlərin Türkiyə kimi ölkələr olduğunu deyən Səvəfi bu ölkələrdəki dini qurumların bu cür müdaxilələrə müsbət yanaşmadığını söyləyib.

Xatırladaq ki, keşmiş komandan hələ bir müddət əvvəl verdiyi açıqlamada ABŞ-ın öz maraqları üçün Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərə yeni rol verdiyini və bu ölkələr tərəfindən Suriyaya qarşı yeridilən siyasətin gələcəkdə onlar üçün problem yaradacağını demişdi.

 

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır