Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Kuveytdəki rəsmi Səfiri cənab Ruhullah Qəhrəmani bildirib: “Kuveyt rəsmilərinin bildirşinə əsasən, ölkə rəsmiləri Qoşulmama Hərəkatının Tehranda keçiriləcəyi 16-cı Samitində yüksəy səviyyədə təmsil olunacaqlar”.
Rəsmi məlumata görə, Kuveyt Əmiri Şeyx Səbahul Əhməd əl-Cabirul Səbahın ölkənin Ali Məqamlı məmurlarından ibarət heyəti ilə Tehrana səfər edəcəyi bildirilir.

Məlumata əsasən Kuveyt Xarici İşlər Naziri Şeyx Səbahul Xalid əl-Səbah da Qoşulmama Hərəkatının Nazirlərinin iclasında iştirak etsin.
Qeyd edək ki, Qoşulmama Hərəkatının 16-cı Samiti Tehranda avqustun 26-dan 31-nə kimi keçiriləcəy. 26 və 27 avqustada Ali rütbəli Mütəxəssislərin, 27 və 28 avqustda Xarici İşlər Nazirlərin, 30 və 31 avqustda isə Qoşulmama Hərəkatının Liderlərinin İclası keçiriləcəy.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır