16 avqust 2012 - 19:30

Son yeddi ayda intihar edənlərin sayı isə 116 əsgərə çatıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Amerika ordusunda son zamanlar intihar hadisələri geniş vüsət alıb.

"Time" jurnalının məlumatına görə, İki ay ərzində orduda baş verən intiharlar zamanı 38 əsgər dünyasını dəyişib. Son yeddi ayda intihar edənlərin sayı isə 116 əsgərə yüksəlib.

Qeyd edək ki, Amerikan Ordusunda intihar edənlərin sayı 2009-cu ildən etibarən mətbuata açıqlanmağa başlanıb.

Keçən ay Dəniz Piyadalarında 8 əsgər, iyun ayında isə 6 əsgər həyatını itirib. Hava Qüvvələrində keçən ay intihar edənlərin sayı 6, iyunda isə 2 əsgər olub. 2011-ci il ABŞ ordusunda həlak olanların ümumi sayı 167 əsgərdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır