13 avqust 2012 - 12:42

Kılıçdaroğlu: “Oğurlanmış Millət Vəkili ilə əlaqədar narahatıq... Türkiyə bataqlığa sürüklənir. Baş nazir (Ərdoğan) hələ də mənimlə əlaqə saxlamayıb”.


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən CHP-nin Tuncel-dən olan millət vəkili Hüseyn Aygünün PKK tərəfindən oğurlanmasından sonra ilk dəfə danışan Kamal Kılıçdaroğlu narahatlıqla bildirib: “Millət Vəkili ilə əlaqədar narahatıq. Biz sabah Məclisdə olacağıq. Türkiyə bataqlığa sürüklənir. Baş nazir (Ərdoğan) hələ də mənimlə əlaqə saxlamayıb”.

NTV-də danışan Kılıçdaroğlu, terrorun verdiyi nəticənin düşündürücü olduğunu bildirərək deyib: "Bunun öyrənilməsi, gözəl təhlil edilməsi və soruşulması gərəkdir. Dəfələrlə hazırkı siyasətin səhv olduğunu, bunun çıxmaz bir yol olduğunu söylədik. Ancaq CHP olaraq ən ağır tənqidlər bizə qaldı.  Burada iqtidarın oturub düşünməsi və bu baş verənləri görməsi gərəkdir”.

'TÜRKİYƏ bataqlığa sürüklənir'

Məclisin toplanmasına qarşı çıxan Baş nazir Ərdoğanı tənqid edən Kılıçdaroğlu, "Baş nazir də məsələnin 'tək başına həll' edəcəyini söyləmişdi. Buyurun sabah gəlin, işi bərabər həll edək. Suriya mövzusunda da səhv siyasət yürüdülür, Türkiyə bataqlığa sürüklənir "- deyə bildirib.

CHP lideri Kılıçdaroğlu, sözlərinin davamında belə deyib: "Millətin vicdanına buraxırıq. Biz sabah orada olacağıq, deyilənləri deyəcəyik. Növbədənkənar Qrup Yığıncağında hər bir  mövzuda fikirlərimizi açıqlayacağıq. Təlqinlə xarici siyasət həyata keçə bilməz. Bütün siyasi partiyalar ortaq bir razılığa gəlməlidir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır