Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Gəncədə ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin anım mərasimi keçirilmişdir.
Gəncə möminlərinin verdiyi məlumata görə, məclisdə 80 nəfərə yaxın ruhani, mömin, sadə insan və İslamçı iştirak etmişdir.
Hüzn mərasimində həmçinin hazırda məhbus həyatını yaşayan ilahiyyatçı Hacı Fəxrinin, Azər Cəbiyevin, İlham Ələkbərovun və digər məhbusların yaxınları, doğmaları iştirak etmişlər.
Məclis iştirakçıları Hacı Vaqif Abdullayevin ilk hicab şəhidi kimi hamıya örnək olmasını dilə gətirmiş, şəhidlik zirvəsinin dəyərindən maraqlı söhbətlər aparan ruhaniləri diqqətlə dinləmişlər.
Onlar V. Abdullayevin keçdiyi həyat yolu, dini dəyərlərimizin qorunmasında çəkinmədən apardığı mübarizədən, ölümün uca zirvəsini fəthindən, habelə məzlumanə ölümündən danışmışlar.
Mərasim iştirakçıları sonda şəhid Hacı Vaqifin ruhuna quran tapşırmış və dualar oxumuşlar.
Məclisə gələnlər iftar süfrəsinin də qonağı olmuşlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır