7 avqust 2012 - 19:30

Səid Ziyayi Rəd: “Helikopter İsfahan Sənaye Universitetində dizayn edilib. “Penha 1” dünya standartlarına uyğun və müasir texnologiya ilə istehsal olunur”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən sionist qüvvələri sayılan ABŞ və Avropa İttifaqı İran İslam Respublikasına qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar bir daha iflasa uğradı. Belə ki, İran İslam Respublikasınada ilk yerli helikopter istehsalına başlanılıb.

Bu barədə İsfahan Sənaye Universitetinin mexanika fakültəsinin dekanı Səid Ziyayi Rəd bildirib ki, “Penha 1” adlandırılan helikopter ilin sonunadək hazır olacaq.

“Helikopter İsfahan Sənaye Universitetində dizayn edilib. “Penha 1” dünya standartlarına uyğun və müasir texnologiya ilə istehsal olunur”- deyə Səid Ziyayi Rəd bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır