15 iyul 2012 - 19:30

Amerikanın xarici işlər naziri Hillari Klinton Misirdə surprizlə qarşılaşıb

 Misirin İskəndəriyyə əhalisi ABŞ-ın XİN rəhbəri H. Klintonun bu şəhərə gəlişini, ona ayaqqabı və pomidor atmaqla qarşılayıblar.HaqqYolunun Press TV-yə istinadlı məlumatına əsasən, əhali Amerikanın konsulluğu qarşısında toplaşaraq, Vaşinqtonun Misirin daxili işlərinə müdaxiləsini tənqid etmişlər.Misirlilərin etirazı ABŞ-ın İskəndəriyyədəki konsulluğunun açılışına təsadüf edib. H. Klinton konsulluğun açılışında iştirak etmək üçün bu şəhərə gəlmişdi.Digər tərəfdən, dünən oxşar etiraz Misirin paytaxtı Qahirədə H. Klintonun qaldığı otelin qarşısında baş vermişdi.ABŞ-ın xarici işlər naziri Misirə səfəri çərçivəsində prezident Məhəmməd Mursi və Ali Hərbi Şuranın rəisi General Hüseyn Təntavi ilə görüşlər keçirmişdir.Qeyd etmək lazımdır ki, Vaşinqton Hüsni Mübarəkin Misirə 30 illik diktatura rejimini himayə etmişdi. İndi isə, iddia edir ki, hazırkı demokratik rejimi himayə edir.