20 iyun 2012 - 19:30

Zirehli vasitələri belə məhv etmək qabiliyyətinə malik olan yeni silaha “Dehlaviyeh” adı verilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası yeni növ silah istehsal edəcək.

Bu barədə İran İslam Respublikasının Müdafiə Naziri, General-mayor Əhməd Vahidi açıqlama verib.

Onun sözlərinə görə, zirehli vasitələri belə məhv etmək qabiliyyətinə malik olan yeni silaha İran İslam Respublikasının cənubunda yerləşən bölgənin ismi - “Dehlaviyeh” adı verilib: “Yaxın günlərdə silahın kütləvi istehsalına başlanılacaq”- deyə Vəhidi bildirib. 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır