Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin – ETTELAAT-ın rəhbəri Heydər Moslehi iyunun 17-də jurnalistlərə açıqlamasında ölkənin nüvə alimlərinin terror edilməsində iştirakı olan 20 nəfərin tutulduğunu bildirib.
Tutulanların kimliyi haqda açıqlama verməyən cənab Moslehi saxlanılanlara qarşı irəli sürülən ittihamlara toxunub: “Hazırda həmin şəxslərin işi araşdırılır. Onlara qarşı irəli sürülən ittihamların sübuta yetirilməsi üçün bir az vaxt lazımdır. Ümumi şəkildə onu deyə bilərəm ki, tutulanlara qarşı irəli sürülən ittihamlar ETTELLAAT-ın məsələ ilə bağlı son bəyanatında göstərilənlərdən qat-qat çoxdur.
Biz nüvə alimi Məsud Əliməhəmmədini şəhid edən terrorçu şəbəkənin əsas üzvünü – Məcid Camali Fəşini tutsaq da, şəbəkənin digər üzvlərini tuta bilməmişdik. Lakin geniş axtarış əməliyyatları nəticəsində Məcid Camali Fəşinin terror şəbəkəsində fəaliyyət göstərən bir sıra adamları tuta bildik”.
Moslehi deyib ki, ABŞ, Böyük Britaniya və qeyri leqal rejim olan israil nüvə alimlərini şəhd etmək üçün İran İslam Respublikası ilə qonşu olan ölkələrdən birinin ərazisindən istifadə ediblər: “Əlbəttə, əminik ki, terrorçuluq işləri həmin qonşu ölkə hökumətinin icazəsi ilə aparılmayıb, qonşu ölkənin hökuməti bu işlərdən xəbərsiz olub. Əldə etdiyimiz məlumatlara görə, terrorçular həmin qonşu ölkənin ərazisindən işğal olunmuş ərazilərə (qeyri leqal rejim olan israil nəzərdə tutulur) gedib-gəlmək, silah və partlayıcı maddə daşımaq üçün istifadə ediblər.
Bu, acı bir gerçəklikdir və hökumətlər bu problemə çarə tapmalıdır. Heç bir qonşu belə vəziyyətə dözməz. Əlbəttə, bundan əvvəl də ABŞ, İngiltərə və işğalçı israil rejimindən ibarət “Xəbis Üçbucağ”ın bir sıra qonşu ölkələrin ərazisindən istifadə etdiyi bəlli idi. Artıq qərara almışıq ki, indən belə bu kimi hallarla bağlı tədbir görək, lazımi xəbərdarlıqları çatdıraq”.
İranın nüvə alimi Məsud Əliməhəmmədi 2010-cu il yanvarın 12-də Tehranda qətlə yetirilib. Bu qətlə görə edama məhkum edilən Məcid Camali Fəşi mayın 15-də Tehranda dar ağacından asılıb. Məcid Camal Fəşi təhqiqat zamanı onun Bakıya çağırılaraq orada “Xəbis Üçbucağ”ın rəsmiləri lə görüş keçirtməsin rəsmən etiraf etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır