Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası əldə etdiyi uğurlar sayəsində ilk İslam Höküməti olaraq mayın 23-də kosmosa özünün daha bir yeni milli peykin göndərəcək.
“Fəcr” adlı yeni peyk İslam Hakimiyyətinin bundan əvvəl göndərdiyi 3 milli peyklə müqayisədə daha müasir texnologiyalarla təchiz olunub. “Fəcr” İİR-ın “Səfir-1B” peyk daşıyanı vasitəsilə kosmosa buraxılacaq. İran İslam Höküməti başqa iki peykini də kosmosa göndərmək üçün hazırlıq işləri görür.
Qeyd edək ki, İran İslam Respublikası kosmosa 2009-cu ilin fevral ayında “Ümid”, 2011-ci ilin iyun ayında “Rəsəd”, bu ilin fevral ayında isə “Nəvid” adlı peyklərini göndərməklə dini siyasətdən ayrı bilən avropa yəhudi nəzəriyyəçilərinə Dinin elm və siyasətlə heç bir təzadd təşkil etməməsini göstərməklə yanaşı Dinin dünyada ən layiqli haimiyyət olmasını bir daha sübuta yetirmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır