Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İsveçrə İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinə sərmayə qoymaq niyyətindədir.
1 milyon dollar həcmində sərmayə 100 MVT gücü olan külək elektrostansiyasının tikintisinə ayrılacaq. İsveçrənin “Mistral” sərmayə şirkəti layihə uğurla həyata keçəcəyi təqdirdə İslam Respublikasına yeni sərmayədarların cəlb olunması haqqında elan edəcək.
Şərqi Azərbaycanın general-qubernatoru Əhməd Əli Reza Beyqi bəyan edib ki, müvafiq layihənin reallaşması ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq və gələcəkdəki qarşılıqlı əməkdaşlıq üçün ilk şərt olacaq.
Qubernatorun sözlərinə görə, İran-İsveçrə əməkdaşlığı İslam Respublikasına qarşı Qərbin həyata keçirdiyi təbliğatın yalan olduğunu nümayiş etdirəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır