Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İctmai Palatada təmsil olunmayan siyasi qüvvələlər qurumun təşkil edəcəyi 8 aprel mitinqi ilə bağlı mövqe bildiriblər.
İslam Partiyasının sədr əvəzi Elçin Manafov İbildirib ki, üzvləri mitinqdə iştiak etməkdə sərbəstdir: «Cəmiyyətdə islahatlar getmirsə, problemləri nəzərə almırlarsa, xalq da öz iradəsini, istəyini, etirazını hansısa yolla ifadə etməlidir. Televiziyalarda və əksər mətbuat orqanlarında buna şərait yaratmırlar. Xalq da məcburdur bu yola əl atsın. Biz heç kimə qadağa qoymamışıq. Üzvlərimiz bu mitinqdə vətəndaş kimi, fərdi şəkildə iştirak edə bilərlər. Amma İslam Partiyası olaraq qatılmaq barədə qərar qəbul edilməyib. Ümumilikdə isə mitinqin keçirilməsinə müsbət baxırıq. Biz özümüz də razılaşdırılmış aksiya üçün müraciət etmişdik. Amma cavab vermədilər".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır