6 aprel 2012 - 19:30

Abgül Süleymanova digər yeni ittiham Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş “Hicaba azadlıq!” aksiyasına görədir...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejimin təhlükəsizlik strukturu sayılan MTN-nin təcridxanasında saxlanılan ilahiyyatçı Abgül Süleymanova aprelin 6-da yeni ittihamlar elan olunub. Məlumatı verən vəkil Anar Qasımlı eyni gündə həmçinin istintaqın da bitmiş elan olunduğunu deyib.

İndiyə qədər Abgül Süleymanov mövcüd rejim tərəfindən 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ŞƏRLƏNİLİRƏK günahlandırılırdı. Yeni gondarma ittihamlarda isə Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə bir daha ŞƏRLƏNİLİR.

Anar Qasımlının sözlərinə görə, qondarma Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi Abgül Süleymanovun 2010-cu il noyabrın 27-də Bakının “Papanin” kimi tanınan məhəlləsində etdiyi çıxışı ilə bağlıdır: “Digər yeni ittiham isə 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş “Hicaba azadlıq!” aksiyasına görədir. İttihamda yazılıb ki, Abgül Süleymanov 27 noyabr çıxışından sonra vətəndaşlar nazirliyin qarşısında aksiya keçiriblər və Abgül Süleymanov həmin aksiyanın fəal iştirakçılarndan biri olub”.

Xatırladaq ki, Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayından əliyevlər rejimi tərəfindən amansız zorakılıqlara, düşüncə və söz ifadələrinin qadağasına, qanun çərçivəsində azad həyat sürmə qadağasına məruz qalaraq, dini mənsubiyyətinə görə həbs edilmişdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır