28 mart 2012 - 19:30

ABŞ-ın ali səviyyəli bir rəsmi jurnaldan: "İsraillilər Bakıdan bir aerodromu satın alıb və bu aerodromun adı Azərbaycandır"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın İran İslam Respublikası sərhədindəki hərbi hava bazalarının İsrail rejiminin girişi üçün açılacağı iddia edilir. ABŞ kəşfiyyat səlahiyyətliləri isə Azərbaycanda İsrail rejiminin təsirinin çox dərin olduğu və bu əlaqənin İsrail-İran gərginliyini azaltma səylərini qarışıq hala gətirəcəyi haqqında narahatlıq ifadə edilir.

Amerikanın “Foreign Policy” jurnalı yüksək səviyyəli Amerika diplomatlarına və hərbi kəşfiyyat səlahiyyətlilərinə istinad etdiyi xəbərində İran İslam Respublikasının şimal sərhədindəki Azərbaycan hərbi hava bazalarına İsrail rejiminin girişinə icazə verildiyini bildirir. ABŞ-lı ali səviyyəli bir rəsmi jurnaldan Mark Perryə "İsraillilər bir aerodromu satın aldı və bu aerodromun adı Azərbaycandır" deyə bildirib. Xəbərə görə, ABŞ kəşfiyyat rəsmiləri Azərbaycanda İsrail rejimi təsirinin İsrail-İran gərginliyi azaltmaq üçün ABŞ-ın səylərinə zərər verməsindən narahatdır. Hərbi mütəxəssislər indi Qafqazın da yer alacağı bir döyüş ssenarisi üçün hazırlanmaq məcburiyyətindədir.

Azərbaycanın 4 köhnə bazası istifadəyə yararlıdır

İslam Respublikasını yaxından izlədiklərini və ona qarşı başlana biləcək bir İsrail rejimi hücumunun nəticələrini qiymətləndirdiklərini ifadə edən amerikalı bir zabit deyib: "Amma indi İsrailin Azərbaycanda nə etdiyini izləyirik. Və bu mövzuda rahat deyilik".

Xəbərə görə, Azərbaycan ordusu Sovet dövründən qalma və tərk edilmiş 4 hava bazasının İsrail rejimi üçün hazır olduğunu söyləyib.

Yazılı rəsmi sənəd yoxdur

Amerikalı səlahiyyətlilər İsrail rejiminin bu hava bazalarına giriş haqqını "səssiz bir siyasi və hərbi saziş müddətində" əldə etdiyini bildiriblər. ABŞ səlahiyyətliləri ortada "yazılı bir şey" olduğuna inanmadıqlarını, ancaq İsrail rejiminin qırıcılarının bir hücumdan sonra Azərbaycana eniş icazəsini istəməsi və bu icazəni alacağı istiqamətində şübhələrinin olmadığını söyləyirlər.

Fevral ayında İsrail rejimi ilə rəsmi Bakı pilotsuz təyyarələr və RƏM sistemlərini ehtiva edən 1,6 milyard dollarlıq bir silah sazişi imzalamışdı. Daha sonra İran islam Respublikası ilə əlaqəli olduğu iddia edilən bəzi şəxslər İsrail rejiminə qarşı hücum planlaşdırma ittihamı ilə Bakıda həbs olunub. İslam Respublikası, torpaqlarını “Mossad” agentlərinə istifadə etdirdiyini söyləyərək, Azərbaycana sərt reaksiya verib.

"Bəzi qüvvələr Azərbayca-İran əlaqələrinə zərbə vurmağa çalışır"

Digər tərəfdən xəbərin dərc olunmasından dərhal sonra bir şərh gəldi və Azərbaycan iddiaları təkzib etdi. "İİR, Türkiyə, Rusiya və Gürcüstana istiqamətlənmiş hər hansı bir hərəkətə Azərbaycan öz torpaqlarından icazə verməz" deyən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbə müdiri Əli Həsənov, bəzi qüvvələrin bu xəbərlərlə iki ölkə arasındakı münasibətlərə zərbə vurmağı qarşılarına məqsəd qoyduğunu bildirdi. Xəbəri fərziyyə olaraq xarakterizə edən Ə.Həsənov deyib: "İran və Azərbaycan arasında qarşıdurma yaratmaq və aralarında anlaşılmazlıq çıxarmaq və İran ətrafındakı mövcud vəziyyətdən istifadə etmək istəyirlər". Ə.Həsənov bu səylərin hədəflərinə çata bilməyəcəyini söyləyib.

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır