25 mart 2012 - 19:30

İran İslam Respublikası dünyanın bioyanacağı istehsal edən yeddinci ölkəsi olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası dünyanın bioyanacağı istehsal edən yeddinci ölkəsi olub.  İRİB teleradioşirkətinin saytına istinadən verdiyi məlumata görə, bioyanacağın ilk partiyası artıq yarım il əvvəl istehsal olunub. Hazırda ölkə bioyanacağın istehsalına tam hazırdı.

Xuzistan əyalətinin Həft-Təpə şəhərində yerləşən bioyanacaq istehsalı zavodu ildə 10 min litr yanacaq istehsal etmək gücündədir və yaxın zamanda fəaliyyətə başlayacaq.

Zavodda İran İslam Respublikasının cənubunda becərilən şəkər qamışından bioetanol istehsal ediləcək.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır