20 mart 2012 - 20:30

ABŞ İran İslam Respublikasına embarqo qoymuş 11 ölkəyə, məcburi sürətdə İranla ticarət əlaqələrin qurmağa icazə verdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ İran İslam Respublikasının misilsiz planı qarşısında geri oturdu.

Reuters informasiya agentliyinin verdiyi məlumata görə ABŞ Yaponiya olmaqla əlavə 10 Avropa ölkələsinə məcburi sürətdə İrana qarşı qəbul etdirdiyi sanksiyalara son qoydu. Artıq bu ölkələr İran İslam Respublikası ilə azad ticarət əlaqələrinə girişə bilərlər.

ABŞ Xarici İşlər Naziri Hilari Klinton Belçika, İngiltərə, Çek Respublikası, Fransa, Alman, Yunan, İtaliya, Hollandiya, Polşa və İspaniyanın adını çəkərək bu dövlətlərin İran İslam Respublikası ilə azad ticarət əlaqələrinə girişə biləcəyindən xəbər verdi.

Xatırladaq ki, bir müddət öncə İran İslam Respublikası İngiltərə və Fransa ölkələrinə öz neft satışını qadağan etmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır