Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Livan Hizbullah Təşkilatının liderlərindən olan Şeyx Məhəmməd Yezbek, bəzi Ərəb ölkələrinin Suriyadakı terrorist silahlı qruplarının silahlandırmasına bir daha etiraz etdi.
Livandan yayımlanan əl-Minar televiziyasının xəbərinə görə Hizbullah Şəri heyətinin sədri Şeyx Məhəmməd Yezbek, Şam və Hələb şəhərlərində təşkil edilən terror hücumlarını dəstəkləyən və Suriyalı müxalifləri silahlandırılmasında bəzi Ərəb ölkələrinin göstərdiyi səylərə kəskin reaksiya verərək "Ərəblər Fələstin müqavimətini 60 ildir niyə silahlandırmır?" sualın ortaya qoydu.
Şeyx Məhəmməd Yezbek, dünən Şam şəhərində təşkil edilən və 28 adamın şəhid olunmasına və 100 adamın da yaralanmasına səbəb olan terror hücumun önə çəkərək: "Onlar bu şəkildə İslami demokratiyanımi istəyir? Sionist rejimin qurulmasının üstündən 60 il keçdi, indiyə qədər Fələstinliləri nə üçün silahlandırmadılar?" deyə bildirdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır