Əhli Beyt -ABNA- xəbər agentliyi Azadxeber.az saytının qondarma İsrail rejimi mediyalarına istinadən xəbər verir:
İsrail mediyası belə yazır.
Azərbaycan respublikası təhlükəsizlik əməkdaşları 22 nəfər iranlı terrorçunu yaxaladı. Onlar Azərbaycanda İsrail və ABŞ vətəndaşlarını qətlə yetirmək istəyirdilər. İslam İnqilabı Keşikçilər korpusuna şpionluq edən terrorçuların evlərindən kalaşnikov avtomatları, partlayıcı qurğular və bir neçə qranat aşkar edilərək müsadirə edilmişdir. Terrorçular ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşları üçün Azərbaycanda məlumat toplayırdılar. Onlar ABŞ, İsrail və bir neçə Qərb diplomatları haqda məlumatlar toplayaraq İrana ötürürmüşlər. Bu terror əməliyatlarına hazırlıq Tehran şəhərində olub. Tehran rəsmən bunun arxasında dayanıb. Həmçinin zərərsizləşdirilənlərdən 100 qram marixuannada tapılaraq müsadirə edilib.
P.S. Maraqlıdır Səfər Əbiyev getdi Vahidi ilə razılaşdı. İndi iki gün keçməmiş bu məsələ ortaya çıxdı. Həmçinin İslam Partiyasının rəhbəri Hacı Mövsümün evindən də eyni silahlar çıxmışdır. Necə də oxşar bir hadisələrdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır