Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Abşeron rayon məhkəməsində jurnalist Ramin Bayramovun məhkəməsi keçiriləcəkdi. Lakin jurnalistin məhkəməsi təxirə salınıb. Vəkil Ramil Məmədov bildirdi ki, məhkəmə iclası şahidlərin məhkəməyə gəlməməsinə görə təxirə salınıb. Növbəti məhkəmə prosesi sabah saat 16:00-da Abşeron rayon məhkəməsində keçiriləcək. Məhkəməyə sədrliyi hakim Şəmsəddin Abbasov edəcək.
Qeyd edək ki, fevral ayının 24-də İslamazeri.az-ın baş redaktoru Ramin Bayramovun ilk məhkəmə iclası keçirilib. Məhkəmə tanışlıq xarakterli olduğundan qısa keçirilib. Ramin Bayramovun məhkəməsi açıq keçirilib.
Xatırladaq ki, Ramin Bayramov ötən ilin avqust ayında əliyevlər rejiminin güc strukturları tərəfindən zorakılığa məruz qalaraq həbs olunub. O, yalan ittihamlarla Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ŞƏRLƏNƏRƏK günahlandırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır