Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Lukaşenko Almaniyanın xarici işlər naziri Qido Vestervilli nəzərdə tutaraq "Homoseksual olmaqdansa diktator olmaq daha yaxşıdır" deyib.
Lukaşenko AB-nin keçən həftə 200 Belarus rəsmisinə səyahət qadağası qoymasını sərt şəkildə tənqid edib. Lukaşenko bu qərarın isterika olduğunu söyləyib: "Gördüyünüz kimi, inkişaf etmiş qitələrdə iki növ siyasətçi var. Bunlardan biri Varşavada, digəri Berlində yaşayır. İkinciyə gəlincə... Lesbiyanlar və homoseksuallar "burada diktator var" deyə hayqırmağa başladığı və mən də bunu eşitdiyim zaman homoseksual olmaqdansa diktator olmağın daha yaxşı olduğunu düşünürəm".
Avropa Parlamentinin Belarusun 2014-cü ildəki Buz Xokkeyi üzrə Dünya Çempionatına ev sahibliyi etməsinə qarşı çıxması da Lukaşenkonu qəzəbləndirib. Avropa Parlamenti Minskin siyasi məhbuslarla bağlı qərarı və xalqa təzyiqləri səbəbilə bu çempionatı keçirmək istəyini yenidən gözdən keçirməsini istəyib. Lukaşenko isə buna sərt sözlərlə reaksiya verib: "Bu cür diskussiyalar planetimizdəki çoxu amerikalı və ya avropalı olan bürokratların diksindirici tərəfidir. Belaruslular Xokkey üzrə Dünya Çempionatına ev sahibliyi etməyə layiqdir. Buna çox ciddi yanaşırıq".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır