19 fevral 2012 - 20:30

Əli Əkbər Salehi: “Müzakirələr üçün vaxt vermişik”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib: “İranın nüvə proqramı ilə bağlı “altılıq”la keçirəcəyi müzakirələr Türkiyənin İstanbul şəhərində olacaq”.

Onun sözlərinə görə, artıq İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona məktub göndərib.

Əli Əkbər Salehi daha sonra deyib: “Müzakirələrin keçiriləcəyi yer məlumdur, lakin vaxt hələlik müəyyənləşməyib. Ancaq məktubda müəyyən tarix göstərilib. Məkan isə dəyişməzdir, yəni mütləq İstanbul olacaq. Hazırda qarşı tərəfdən cavab gözləyirik. Biz müzakirələrə tam hazırıq”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır