Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Passiv Müdafiə Təşkilatının rəhbəri, Sepahın (“İran İslam İnqilabı Keşikçiləri Korpusu”) üzvü, general Qulamrza Cəlali deyib: “İranda Yahoo, Google və Gmailə qarşı “Yerli İnternet” fəaliyyətə başlayacaq”.
Onun sözlərinə görə, Yahoo, Google və Gmail xaricdə yerləşdiyindən etibarlı deyil: “Ona görə də “Milli İnternet” layihəsi həyata keçiriləcək.
Cəlali daha sonra deyib: Əgər dünya internet şəbəkəsi ilə İran İslam Respublikasının əlaqələri kəsiləcəksə, daxildə də problem yaranacaq. Bu səbəbdən “Yerli İnternet” şəbəkəsinin qurulması qaçılmazdır”.
Q. Cəlali bidirib ki, İslam Respublikasında məlumat alış-verişini təmin etmək məqsədilə ölkənin İnformasiya və Rabitə Nazirliyi tərəfindən “verilənlər mərkəzi”nin qurulması üçün ciddi işlər davam etdirilir: “Bundan əlavə, yerli məlumat-axtarış sistemi yaradılır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır