9 fevral 2012 - 20:30

İmam Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn (əleyhimus səlam) və ya sadəcə İmam Cəfər əs-Sadiq (əleyhis səlam) künyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir. İslamın ən böyük alimlərindən biri. Dini elmlərlə yanaşı zəmanəsinin dünyəvi elmlərinə də dərindən bələd olmuşdur. Onun elmi “Elmi Lədunni”dir (yəni Allah cəllə cəlaluh öz elmini onlara ihtaf etmişdir).

Əhli Beyt -ABNA- xəbər agentliyi əziz İslam Rəbiul Əvvəl ayının 17-si əziz İslam Peyğənbəri Muhəmməd İbn Əbdullah (səlləllahu əleyhi və alih) və onun məsum övladı 6-cı İmam Cəfəri Sadiq (əleyhis səlam) cənablarının dünyaya gələn günüdür. Bu gün dünya müsəlmanlarının ən sevincli günüdür. Biz ABNA olaraq dünya müsəlmanlarının bu sevincinə qoşularaq  misilsiz bayram münasibəti ilə başda İmam Zaman (əccələllahu fərəcəhu şərif) Həzrətləri olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edir və bu möhtəşəm bayramla əlaqədar saytımızın ziyarətçilərinə İslam peyğənbərinin və 6-cı İmamın həyatın qısa şəkildə təqdim edirik.

Əziz İslam Peyğənbərinin həyatını mütaliə etmək üçün aşağıdakı başlığa tıklayın:

İslam Peyğəmbəri ...

 

İmam Cəfər ibn Məhəmməd Baqirin (əleyhis səlam) həyatı ilə qısa tanışlıq:

 

جعفر بن محمد الصادق‎

Şiələrin 6-cı İmamı miladı tarixi ilə 743 — 774 illərdə İmamlıq etmişdir.

Sələfi: Şiələrin 5-cı İmamı İmam Baqirdir (əleyhis səlam).

Xələfi: Şiələrin 7-cı İmamı İmam Kazımdir (əleyhis səlam).

Dini: İslam Dini.

Mənsəbi: Yer üzərində İlahi Hakimiyyətə rəhbərlik etmək (Allah cəlləvə cəlalın həqiqi Xəlifəsi) və Müsəlmanların dünya və axirət məsələlərində İmamlıq etmək olub.

Təvəllüdü: Miladi tarixi ilə 704-cü il Mədinə şəhəri.

Şəhadəti: Miladi tarixi ilə 774-cü il Mədinə şəhərində dövrünün zalım və qəsibkar hakimi tərəfindən zəhərlənərək şəhid edilmiş və Bəqi qəbiristanlığında dəfn olunmuşdur.

Atası: Şiələrin 5-cı İmamı (əleyhis səlam) İmam Məhəmməd ibn Əlidir (əleyhis səlam) ki, Baqir ləqəbi ilə məhşurdur.

Oğulları: İmam Musa (əleyhis səlam) və İsmaildir. İsmail İmam Cəfər Sadiqin şəhadətindən iki il öncə vəfat etmiş və imam Sadiq xalqa oğlu İsmailin həqiqətən vəfat etməsini anlatmaqdan ötrü onun nəşini iki gün torpağa bastırmamış və cənazənin üzərində hönkür hönkür ağlamışdır.

İmam Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn (əleyhimus səlam) və ya sadəcə İmam Cəfər əs-Sadiq (əleyhis səlam) künyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir. İslamın ən böyük alimlərindən biri. Dini elmlərlə yanaşı zəmanəsinin dünyəvi elmlərinə də dərindən bələd olmuşdur. Onun elmi “Elmi Lədunni”dir (yəni Allah cəllə cəlaluh öz elmini onlara ihtaf etmişdir).

Hicrətdən 83 il sonra Rəbiəvvəl ayının 17-si Mədinə şəhərində Məhəmməd əl-Bağırın ailəsində dünyaya gəlmiş, hicrətin 148-ci ili 65 yaşında şəhid edilmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

Elmi irs olaraq Allah tərəfindən babası Əli ibn Hüseynin vasitəsi ilə almış və onun şəhadətindən sonra atası Məhəmməd əl-Baqirdən mənimsəmişdir. Miladi tarixi ilə 733-cü ildə onun xələfi olduğu elan edilmişdir.

İslamın hədis, sünnə, və Quran elmlərini dərindən bilən İmam Cəfər əl-Sadiq dünyəvi-riyaziyyat, fəlsəfə, astronomiya, anatomiya, kimya və digər elmləri də dərindən bilirdi. Kimyanın "atası" hesab olunan Əbu Musa Cabir ibn Həyyan (Avropada sadəcə Geber kimi tanınır) İmam Cəfər əs-Sadiqin tələbəsi olmuşdur.

İmam Cəfəri Sadiq atası kimi Bəni Üməyyə ilə Abbasilərin hakimiyyət uğrunda çəkişməsindən istifadə edərək elmi məktəbini yaratdı.

İmam Cəfər əs-Sadiqin elmə verdiyi töhfələr onun Günəş sisteminə, işığın fiziki-optik xassələrinə, insan bədənin anatomiyasına və s. dair fikirlərində göstərmişdir. Onun elmi fəaliyyəti sonralar Avropa alimləri, elecə də İslam alimlərindən İbn əl-Həzum, tələbəsi Cabir ibn Həyyan və başqa alimlər tərəfindən daha geniş öyrənilmişdir. Strasburqda yerləşən İslam Tətqiqatlar Mərkəzi İmam Cəfər əs-Sadiqin irəli sürüdüyü elmi nəzəriyyələri nəşr etdirmişdir.

 

İmam Cəfəri Sadiqin (əleyhis səlam) həməsri olmuş xəlifələr

İmam Sadiq adları aşağıda çəkilən Əməvi xəlifələri ilə həməsr olmuşdur:

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);

Mərvan ibn Məhəmməd (126-132 h.q);

Abbasi xəlifələrindən isə aşağıdakıları ilə həməsr olmuşdur:

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);

İmam Sadiqin (əleyhis səlam) elmi səviyyəsi

Sadiqin elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır.

Hənəfi məzhəbinin məşhur banisi Əbu Hənifə deyirdi: "Mən Cəfər ibn Məhəmmədən savadlı şəxs görməmişəm."

Maliki məzhəbinin banisi Malik deyirdi: "Bir müddət Cəfər ibn Məhəmməd yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir."

Şeyx Müfid yazır: "O, Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir."

İbn Həcər Heytəmi yazır: "O Həzrətdən o qədər elm söylənilmişdir ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid, İbn Cərih, Malik, Süfyan Suri, Süfyan ibn Üyeynə, Əbu-Hənifə, Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.

Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: "Cəfər ibn Məhəmməd elə bir şəxsdir ki, onun elmi bütün dünyanı əhatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər."

Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və fəlsəfi məktəblərə işarə edərək yazır: "Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının yanında özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki, bu ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O, fəal təhqiqatçı, böyük mütəfəkkir və dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O, İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk şəxsiyyət olmuşdur. Onun elmi məclislərində sonralardan fiqhi məzhəb baniləri olmuş adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də, onun dərslərində iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş, onun elm mənbəyindən bəhrələnmişlər."

Məşhur tarixçi ibn Xəllikan yazır: "O, on iki İmamlı şiələrin İmamlarından biri, Peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir Sadiqin təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.

İmam Sadiqin (əleyhis səlam) dövründəki siyasi, ictimai və mədəni vəziyyət

İmam Sadiqin (əleyhis səlam) dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi, Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən Abbasilərin siyasi təbliğatı başlamış, hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı və nizamlı mübarizəyə çevrilmiş, nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə nəticələnmişdir. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir çətinlik törənmirdi.

Xüsusi mədəni şərait

Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiqin (əleyhis səlam) dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs yaranmış və müxtəlif elmlər, istər Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid kimi İslami elmlər, istərsə də tibb, fəlsəfə, astronomiya, riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. Belə ki, azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi.

Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar:

1.İslamda fikir və əqidə azadlığı; Düzdür, bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur, ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni, əgər Abbasilər bunun qarşısını almaq istəsəydilər, yenə bacarmazdılar.

2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində olmuşdur. İslam Peyğəmbərinin, eləcə də, Quranın elm öyrənmək, elm barədə düşünmək haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur.

3.İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr İran, Misir və Suriya qəbilələri kimi o dövr mədəniyyətinin mərkəzinin əhalisindən hesab olunurdular. Onlar İslam təlimatına dərindən yiyələnmək üçün təhqiq, tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular.

4. Dini güzəşt, yaxud qeyri-müsəlmanlarla, xüsusən də, kitab əhli ilə dinc-yanaşı qonşuluq. Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər. O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr yaradır, bu isə təbii ki, bəhs, təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.

Məzhəb və firqələrin bir-biri ilə rəftarı

İmam Sadiqin (əleyhis səlam) dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat, Zənadiqə, Müşəbbihə, Mütəsəvvifə, Mücəssəmə,Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.

İmam Sadiq yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını, həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası Baqirin elmi və mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı, böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm, Məhəmməd ibn Müslim, Əban ibn Təğlib, Hişam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış, çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki, Hişam ibn Həkəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində, istər dəqiq elmlər, istər təbiət elmləri, istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmış, məhz buna görə də, "kimyanın atası" ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.

İmam Sadiqin (əleyhis səlam) münazirələri

Bundan öncə qeyd etdik ki, İmam Sadiqin (əleyhis səlam) yaşadığı dövr fikir və düşüncə mübarizəsi, müxtəlif məzhəb və firqələrin meydana gəldiyi dövr olmuşdur. İslam maarif və mədəniyyətinin yunan alim və filosofların fikir və rəyləri ilə mübarizəsi nəticəsində bir sıra şübhələr meydana çıxmışdı. Buna görə də, İmam Sadiq (əleyhis səlam) İslam əsaslarını tanıtdırmaq məqsədi ilə bu məzhəblərin başçı və tərəfdarları ilə çoxsaylı və həyəcanlı münazirələr edirdi. Bu münazirələrlə o, bu məzhəblərin əqidəsinin puç, İslam əqidəsinin isə üstün olduğunu kəskin və məntiqli sübutlarla isbat edirdi.

İslamda xilafət sistemi digər ölkələrin hakimiyyət sistemi ilə ona görə fərqlənir ki, bu, təkcə siyasi təşkilat yox, eyni zamanda siyasi-məzhəbi bir təşkilatdır. İslami rəhbərə xəlifə adının ünvanlanması onu göstərir ki, o, siyasi rəhbərdən əlavə ilk növbədə Peyğəmbər canişinidir, Peyğəmbər isə din gətirmiş və əxlaq öyrədən bir şəxs olmuşdur. Deməli, İslamda xəlifə olmaq bu deməkdi