1 yanvar 2012 - 20:30

İmam Sadiq (əleyhis səlam) buyurub: “Hər kimin ürəyi və ya bədəni zəifləyərsə qoyun ətin sud ilə meyl etsin. Qoyun ətin süd ilə meyl etmək xəstənın bədənindəki bütün xəstəlikləri və zəifliyi aradan aparar, onu cana gətirər, ləsələrin dibin möhkəmləndirər” (Biharul Ənvar, cild 76, səh. 194, hədis 9)

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.

Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər. Tədqiqatçılar istifadə olunan qoyun ətinin həcmini müxtəlif şəkildə təyin edərək xolesterinin səviyyəsinin necə dəyişdiyini müəyyən ediblər.

Nəticədə 113-153 qram ətdən istifadə zamanı "ziyanlı xolesterin"in miqdarı 10 faiz aşağı düşüb. Buna görə də ekspertlər ətin ürəyə və damarlara ziyan vurması barədə ehtimalları və əminliyi bir kənara qoyaraq, onun gündəlik rasiona daxil edilməsini tövsiyə edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır