Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakı Əjdər Bəy Məscidinin açılışında nitq söyləyən İ.Əliyev bildirmişdir: “...Biz İslam dəyərlərini təbliğ etməliyik...” Açılış mərasimindən bir-iki gün sonra isə 25 dekabırda deyilənlərin tam əksi özünü büruzə vermişdir. Belə ki, Yasamal rayon hüseyniyyəsinə gələn hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri hüseyniyyənin fəaliyyətinin dayandırıldığını bildiriblər.
Dindarların bildirdiklərinə görə, onlar hüseyniyyənin qapadılmasını təsdiq edən heç bir sənəd təqdim etməyiblər. Bəs biz harada ibadət edək sualına cavab olaraq isə deyiblər ki, əgər ibadət etməyə yer axtarırsınızsa, bundan sonra Təzə Pir məscidinə gedin.
Azadxeber.az saytının əməkdaşlarından birinin əldə etdiyi məlumata əsasən isə Dini dükanlara lisenziya verilmə məsələsində də əngəllər yaranıb. Bundan sonra hər rayonda bir Dini dükan fəaliyyət göstərə bilər. Onlarında satdıqları dini ədəbiyyatı Dini Qurumlar idarəsi rəsmən təsdiq etməlidir və qəbul etməlidir. Əks halda bu dükanlar qəbul edilməyən Dini ədəbiyyatı sata bilməzlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır