11 dekabr 2011 - 20:30

İran hava sahəsinə girdikdən sonra ələ keçirdiyi ABŞ-a aid pilotsuz casus təyyarəsinin oxşarını hazırlayacağını bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Pərviz Sururi, təyyarənin 'şifrələrini açmaq işini tamamlamaq üzrə olduqlarını, bundan sonrakı mərhələnin təyyarənin istehsalına keçmək olacağını və yaxın zamanlarda ardıcıl istehsala keçəcəklərini' söyləyib.

Pərviz Sururi, 'bu şifrələr açıldığı vaxt Amerika casus texnikalarıyla əlaqədar əhəmiyyətli məlumatlar əldə edəcəklərini və düzgün yolda olduqlarını' bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır