Allah subhanehu və Təalaya həmd, Rəsuluna, əhli beytinə və seçmə səhabələrinə səlat və salam olsun.
وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ
"İman edənlər, bir haqsızlığa, bir hücuma, bir təzyiqə və zülmə uğradıqları zaman, zalımlara, təcavüzkarlara və təzyiq edənlərə köməkləşərək həddlərini bildirənlərdir. Şura 39
Bu gün İslam dünyası tarixi bir dönüş nöqtəsindədir; sionist İsrailin uçuruma gəldiyi bir zamanda, imperialist və sionist rejim, İran İslam Respublikasına, İslamın və Müsəlmanların bu əzəmətli qalasına hücum təhdidlərini davam etdirməkdədir. Onların bu təhdidlərinin və hücum planlarının tək hədəfi, özlərinin də ifadə etdikləri kimi, Fələstin işğalçısı olan bu qeyri qanuni rejimin varlığını zəmanət altına ala bilmək, mənfəətlərini qorumaq, bölgədə imperializm və sionizmə qarşı yüksələn müqavimət cəbhəsini aradan apara bilməkdir.
Şübhəsiz ki yüz minlərlə şəhid qanının üzərində yüksələn İslam Respublikası nizamı, yer üzündəki bütün Müsəlmanların izzətinin simvolu, Allahın dininin şüarları və nizamının əzəmətli bir qalasıdır. Şəhidpərvər İran xalqı, Ali Rəhbər İmam Xameneinin rəhbərliyi altında bu nizamı ən gözəl bir şəkildə müdafiə edəcəkləri kimi, Əziz və Qəhhar olan Allahın qeybi köməkləri də ilahi bir vəd olaraq düşmənlərin üzərinə qəzəb, ölüm və xusran olaraq yağacaq.
Qlobal imperializm və bölgədəki "polis bölməsi" sionist rejim İslama qarşı davam etdirdikləri bu döyüşdə qarşılarında yalnız İranlı Müsəlmanları tapmayacaqlar; İslamın bayrağını ən yüksəklərdə tutmaq və lazım olduğunda bu yolda fəda olmaq, yer üzünün bütün Müsəlmanlarının ən böyük İslami vəzifəsidir.
İslam Ümməti tək bir ümmət, tək bir bilək və tək bir ürəkdir; bütün yer üzü Müsəlmanları da İslamın əsgərləri və fədailəridirlər.
Qiyam, fədakarlıq və şəhidlik ayı olan bu Məhərrəm günlərində, Hz. Seyyidüşşühədanın(ə) bayrağına əllərimizi uzadaraq, Azad Qüdsdə görüşməni və Cümə namazlarını Əqsa Məscidində qılmağı ən böyük arzu və hədəf olaraq tutan bizlər, bu azğın düşmənlər qarşısında sipərlərimizə dolmanı səbirsizliklə gözləməkdəyik; İslama qarşı bütünlüklə hücum hesabları edən istikbar və sionizm, qadınıyla, kişisiylə, gənciylə, qocasıyla şərqdən qərbə hamımızı qarşısında tapacaq, Rəbbimizə şəhid olaraq çatana qədər də düşmənin qarşısındakı cihadımızı davam etdirəcəyik.
Bizlər onların kof gövdələrindən və qurulu-təşkilatı səs-küylərindən qorxmuruq; çünki bizlər, yer üzü tağutları və müstəkbirləri ilə döyüşməyi ən böyük ibadət və bu uğurda şəhidliyi isə özümüzə səadət bilirik.
Rəbbimizə olan iman və əhdimiz, Rəsulullah və Qurana olan bağlılığımız, şəhidliyə olan sevgimiz və qələbəyə olan inancımız ilə, azad Qüds yolunda cihad səhnəsində biz də varıq.
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ أُولَٰئِكَ يَرْجُونَ رَحْمَتَ اللَّهِ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
"İman edənlər və hicrət edib Allah yolunda cihad edənlər var ya, işdə bunlar, Allahın rəhmətini ümid edə bilərlər. Allah, gafur və rəhmdir." Bəqərə 218
مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا
"Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər." Əhzab 23
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır