Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Radar sistemlərində işləyəcək heyətlə görüşən Medvedev, stansiyanın düzgün şəkildə işini və vəzifəsini yerinə yetirəcəyinə ümidini ifadə edib. Medvedevin əmrindən sonra Rusiya Hərbi Hava Qüvvələrinə aid sistem aktivləşdirilib.
İngiltərə, Şimal Afrika və bütün Avropa daxil olmaqla 6 min kilometr sahəni əhatə edən sistem üç ayrı radarın hissəsi kimi işləyəcək. 2011-ci ilin sonuna qədər sınaq işlərini davam etdirəcək Kalininqrad radar stansiyası Sankt Peterburq və Krasnodarda qurulan üçlü bazanın parçası olacaq.
Rusiya yaxın günlərdə Kalininqrad şəhərinə "İskəndər" raketlərini də yerləşdirəcək.
Qeyd edək ki, Rusiya ABŞ-ın qurmağa hazırlaşdığı RƏM sisteminin özünə qarşı olmadığına dair yazılı zəmanət almaq istəyir. Yazılı zəmanət verməyi rədd edən Vaşinqton isə Moskvadan yüksələn sərt tənqidlərə baxmayaraq, RƏM sistemini quraşdırmaqdan geri durmayacaqlarını açıqlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır