Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Rafiq Tağı ölümcül bıçaqlanıb. Bir neçə gün bundan əvvəl ABŞ-ın “FOX” televiziyası belə bir məlumat yaymışdı ki, İran hökuməti Azərbaycanda qarışıqlıq yaratmaq üçün ölkənin tanınmış jurnalistlərindən və müxalifət liderlərindən birinə qarşı sui-qəsd törətmək istəyir.
FaktXeber.com-un “ABŞ televiziyası tərəfindən yayılan məlumatın Rafiq Tağının ölümcül bıçaqlanması ilə hər hansı bir əlaqəsi varmı” sualına aydınlıq gətirən politoloq Zərdüşt Əlizadə, bu günə qədər baş verən bu cür hadisələrin Azərbaycanda ümumi analogiyanın və vəziyyətin qeyri-sağlamlığından meydana gəldiyini bildirdi: “Hər hansı bir hadisə barədə o vaxt söz demək olar ki, həmin hadisə barəsində dəqiq, qərəzsiz ekspertiza və polis rəyi olsun. Azərbaycanda isə obyektiv, qərəzsiz fikir söyləyən polis və prokurorluq sistemi mövcud deyil. Mənim də əlimdə bu hadisə ilə bağlı hər hansı bir fakt yoxdur. Əgər cani tutulmayıbsa və şəxsiyyəti məlum olmayıbsa, məndə şübhə və təxmin yoxdur ki, kim bunu törədə bilər. Kimin nə üçün etdiyi hələ ki, məlum deyil. Vaxtaşırı olaraq Azərbaycanda qətllər və sui-qəsdlər baş verib. Mən baş verənlərin hamısını Azərbaycanda ümumi analogiyanın və vəziyyətin qeyri-sağlam olması ilə izah edirəm”
- Zərdüşt bəy, əgər yadınızdadırsa Ukraynada “narıncı inqilab” olmamışdan əvvəl ölkənin nüfuzlu jurnalistlərindən biri qətlə yetirildi. Və bundan sonra ölkədə aksiyalar başladı. Sizcə bunu nəzərə alsaq, bu hadisəni Qərbin Xüsusi Təhlükəsizlik orqanlarının ölkədə qarışıqlıq yaratması üçün törətdiyini demək olarmı?
- Azərbaycanla Ukraynanı müqayisə etdikdə, hamı məsələnin zahiri tərəfini götürür. Mahiyyətdə isə tam fərqli vəziyyətlər mövcuddur. Deyərdim ki, əgər Ukraynanın hakim dairəsində və elitasında tam yarı bölünmüş parçalanma olmasaydı, heç vaxt “narıncı inqilab” baş verməzdi. Azərbaycanda isə hakim zümrə yumruq kimi möhkəmdir və hamısı neft-qaz gəlirlərini aralarında bölüşdürərək ciblərinə ötürmək məqsədi naminə birləşiblər. Nəzərə alsaq ki, Ukraynanın müxalifət lideri 7 il Ukrayna Mərkəzi Bankının rəhbəri və 2 il baş nazir olmuşdur. O, küçədən gələn bir adam deyildi. Azərbaycanda isə vəziyyət fərqlidir. Ola bilsin ki, hansısa xarici qüvvə ölkədə vəziyyəti qarışdırmaq istəyib. Bununla bağlı dövlət başçısına ismarıc veriblər ki, biz istədiyimizi həyata keçirdirik, sən gərək bizim bütün şərtlərimiz qəbul edəsən. Amma görmürəm ki, İlham Əliyev xarici dövlətlərin hansısa şərtini qəbul etməsin. Xarici dövlətlərin hamısı nə deyirlərsə, İlham Əliyev ləbbeyk deyir.
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır