Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: HƏMAS liderlərindən olan Əz-Zahar İrana qarşı son dövrdə artan təzyiqlərə münasibət bildirib.
O deyib ki, İranı təhdid etmək bütün bölgəni təhdid etmək mənasını verir.
İşğalçı İsrail rejiminin İranı təhdid etmək gücündə olmadığını da ifadə edən Əz-Zahar, sionist rejimin İsrail ictimaiyyətini sapdırmaq məqsədiylə İranı təhdid etdiyini də qeyd edib.
O bildirib ki, ümumiyyətlə İsrail rejiminin İrana hücum etməsi üçün heç bir səbəbi yoxdur. Qərb isə sionist rejiminin mənfəətlərini bölgədə təmin etmək üçün yeni bir macəra axtarmaq fikrində deyil.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır