12 noyabr 2011 - 20:30

Nümayişçilər Səudiyyə Ərəbistanının səfirliyinə soxularaq səfirlik binasını dağıdıblar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dəməşqdə Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilatdakı üzvlüyünü dayandırması barədə qərarın əleyhinə kütləvi etiraz aksiyaları gecə saatlarında da davam edib.

Aksiyalar artıq iğtişaş xarakteri alıb. Alınan məlumatlara görə, nümayişçilər Səudiyyə Ərəbistanının səfirliyinə soxularaq səfirlik binasını dağıdıblar.

Mitinqçilər həmçinin Qətər səfirliyini də mühasirəyə alıblar. Ərəb Dövlətləri Liqasının Suriyanın təşkilatdakı üzvlüyünü dayandırması barədə qərar verdiyi iclasına məhz Qətər sədrlik edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bölgə diktatorlarına xüsusi dəstəyi ilə seçilməkdədir. Hətta diktatorlara ağır silahlarla da yardım etməkdən çəkinməyən Səudiyyə rejimi, Bəhreyn xalqının üzərinə tanklar yeritmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır