Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Dünya Müsəlmanlarının ən sevincli günlərindən biridir. Biz ABNA olaraq xoş anlarımızı siz ilə bölüşür və Allah Təaladan ilk öncə İmam Zaman həzrətlərinə can sağlığı və tezliklə zuhur etməsini diləyir və eyni halda siz əziz bacı və qardaşlarımıza xoş günlər, azadlıq, bütün problemlərinizin həll olmasını arzu edirik.
Allah əziz Peyğənbər və onun pak ailəsinə xatir bizim təqsirimizdən keçsin! Zindanlara nahaq yerə salınmış bütün insanları, o cümlədən başda Hacı Mövsüm və digər mübariz dindar qardaşlarımızı tezliklə izzətli azadlıq əta etsin!
Qurbanlığın qısa tarixçısi
İsmail qurbanı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların özlərinin imanını yoxlamaq üçün imtahan mərəzində qərar verməkdən ötrü) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
İbrahim Peyğəmbərin oğlunu Allaha qurban etmək istəməsi
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır