28 oktyabr 2011 - 20:30

Ay sizi yazıqlar 32 il ərzində İran İslam respublikasına nə etmisiniz ki, bundan sonra da nədə edə biləsiz?! Axı düşünmürsüz ki, bu dövlətin sahibi var! Onun sahibi İmam Zaman (Allah onun zuhurunu tezləşdirsin) ağadır!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ Dövlət katibi Hillari Klinton oktyabrın 26-da «Amerikanın (Şeytanın) Səsi» radiosuna müsahibə verib. Müsahibədə bir sıra cəfəngiyyatlardan söhbət açdıqdan sonra İran İslam Respublikasına qarşı yürütdükləri nəticəsiz sanksiyalardan danışan “xanım” Klinton İran İslam Respublikasının «Elektron pərdə»sinə işarə edib.

Verlişin aparıcısı güya heç nədən xəbəri yox imiş kimi, Klinton “xanımlarından” belə bir sual edərək deyir: - «Elektron pərdə» barədə danışdınız. Bu pərdəni yırtmaq üçün konkret plan varmı?

Jurnalistin sualını cavablandıran Klinton cənabları (oy pardon) “xanımları” belə deyib:

- Əvvəlcə onu deyim ki, rejim internet, online kommunikasiya və ənənəvi kommunikasiya formalarını dağıtmaq üçün ən effektiv cəhdlər etməkdədir. Məsələn, telefonlar, mobil telefonlara münasibətdə də bu tətbiq olunur. Bundan başqa öz fikrini ifadə edən istənilən şəxsi izləyirlər. Bunu başa düşmək çətin olsa da, həmin şəxsləri onlar təxribatçı sayırlar. Bizim gördüyümüz iş budur: müəyyən avadanlıq, proqramlar, təlimlər təşkil edirik ki, insanlar həm virtual, həm də üzbəüz lazımi bacarığa yiyələnsinlər. Avadanlıqdan isə həmin «elektron pərdə»ni dağıtmaq üçün istifadə oluna bilər. Bu barədə bundan artıq danışa bilmərəm.

P.S: Ay sizi yazıqlar 32 il ərzində İran İslam respublikasına nə etmisiniz ki, bundan sonra da nədə edə biləsiz?! Axı düşünmürsüz ki, bu dövlətin sahibi var! Onun sahibi İmam Zaman (Allah onun zuhurunu tezləşdirsin) ağadır!

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır