Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sepahın (İran İnqilab Gözətçiləri Ordusu) Quru qüvvələri Komandir Köməkçisi General Abdullah İraqi, Müqəddəs Müdafiə Həftəsi fəaliyyətləri çərçivəsində Qum şəhərində təşkil edilən bir sərgidə PKK-nın İran qolu olan PJAK ilə əlaqədar açıqlamalar verib.
İnqilab Gözətçiləri Ordusunun əməliyyatlarında 180 PJAK yaraqlısının öldürüldüyünü, 300-ünün isə yaralandığını ifadə edən General İraqi, "PJAK təşkilatı, İran İslam Respublikasının bütün şərtlərini qəbul edib təslim olduğunun göstəricisi olaraq başını önə əydi və əllərini havaya qaldıraraq Casusan təpələrindən çəkildi" deyib.
İran İnqilab Gözətçiləri Ordusu bir müddət əvvəl Casusan təpələrinin terrorçulardan təmizləndiyini açıqlamışdı.
İnqilab Gözətçiləri Ordusu Quru qüvvələri Komandiri General Məhəmməd Taki Əsanlı da ötən Çərşənbə günü verdiyi açıqlamada, "İnqilab Gözətçiləri Ordusu, şimal-qərbi terrorçulardan təmizləyərək sərhədin sıfır nöqtəsinə qədər getdi və bölgəni nəzaərti altına aldı" demişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır