Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İsveçrə parlamentinin deputatları sağ radikal Xalq Partiyasının niqabın qadağan edilməsilə bağlı təklifinin lehinə səs veriblər.'Newsme' saytının məlumatına görə, İsveçrə Federal Yığıncağının (parlamentinin) alt palatasında təklifin lehinə 101, əleyhinə isə 77 deputat səs verib. Qanunun qəbul edilməsi üçün yuxarı palata - Kantonlar Şurası da təklifə müsbət rəy verməlidir.Qanun layihəsinə əsasən, niqab taxan şəxslərin federal, kanton və şəhər höküməti idarələrinə müraciət etməsi qadağan olunur. Bundan başqa, qanun layihəsi qəbul edilərsə, üzü bağlı şəxslərin ictimai nəqliyyat və ictimai yerlərdə təşkil olunan tədbirlərdə iştirak etməsinə qadağa qoyulacaq.Bildirək ki, Avropa ölkələri arasında niqabın taxılmasına qadağa qoyulan ilk ölkə Fransadır. Bu ölkədə ictimai yerlərdə niqab və hicab taxan şəxslər 150 avro cərimə ödəməlidirlər.Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
30 sentyabr 2011 - 20:30
Xəbər kodu: 268918
İsveçrə parlamentinin deputatları niqabın qadağan olunmasına səs veriblər