26 sentyabr 2011 - 09:14

Ayətullah Haşimi sözünün davamında dedi: “Ümdvarıq hörmətli zairlər ilə Məkkə və Mədinə Hərəmlərinin məsulları arasında yranacaq ikitərəfli əməkdaşlıq sayəsində Bəqi Qəbiristanlığında uyan dahi insanların ziyarəti mümkün olsun.”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mədinəye Münəvvərə Şiələrinin rəhbəri mərhum Ayətullah Şeyx Muhəmməd Əli Omrinin oğlu Höccətul İslam Şeyx Kazim Omri İran İslam Respublikasında “Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun” rəisi Ayətullah Haşimi Rəfsəncani ilə görüş keçirtmişdir.

Çox səmimi keçən görüşdə Ayətullah Haşimi Rəfsəncani bir sıra məsələlərə işarə etdikdən sonra İslam Respublikasının Səudi Ərəbistan ilə bağladığı əmniyyət təvafüqnaməsinə və özünün məhz bu yöndə Ərəbistana etdiyi səfərlərə işarə edərək dedi: “Biz Məlik Əbdullah və sair məsullarla Həcc və Ömrə zairlərinin işlərinin asanlaşdırılması, zairlərin Bəqi Qəbiristanını rahat ziyarət etmələri və bu ölkədəki Şiələrin vəziyyətinin abadlaşdırılması ilə bağlı söhbətlər etmişik. Ümüdvarıq səudilər Bəqi Qəbristanlığına qarşı yürütdükləri siyasətlərini yenidən nəzərdən keçirdəcəklər.”

Ayətullah Haşimi sözünün davamında dedi: “Ümdvarıq hörmətli zairlər ilə Məkkə və Mədinə Hərəmlərinin məsulları arasında yranacaq ikitərəfli əməkdaşlıq sayəsində Bəqi Qəbiristanlığında uyan dahi insanların ziyarəti mümkün olsun.”

Sonda Höccətul İslam Şeyx Kazim Omri İran İslam Respublikasında “Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun” rəisi Ayətullah Haşimi Rəfsəncanini Məkkə və Mədinə şəhərlərinə Allahın Evin və Həzrəti Rəsuləllahı ziyarət etməyə dəvət edərək dedi: “Ərəbistan dövlət nümayəndələrinin sizə əlahidə hörmətləri vardır. Ərəbistan yarımadasının Şiələri də sizi özlərinə Mənəvi Ata bilirlər...

Ayətullah Haşimi Rəfsəncanin Məkkə və Mədinə şəhərlərində olmaları daim Ərəbistan Şiələrinin mövqeiyyətini yaxşılatmış və zairlərin ziyarət və əmniyyətini dahada asanlaşdırmışdır. Biz ümüd edirik siz cənabları yenidən Ərəbistan Şiələrinin cəmində xüsusi ilə də Mədinə şəhərində görək.”



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır