22 sentyabr 2011 - 20:30

İmam Zeynalabidindən (əleyhis səlam) nəql olunub: Əli (əleyhis səlam) buyurub: “Peyğənbər (səlləllahu əleyhi və alih) bizə dörd şeyi torpağda dəfn etməyi əmr etmişdir Tük, Diş, Dırnaq və Qan.” (Nəhcul Fəshə)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

Ölkə üzrə vərəm xəstəliyinin müalicəsi ilə 250 mütəxəssis həkim məşğul olur. T.Həsənovun sözlərinə görə, bu göstərici azdır. Qeyd etdiyimiz kimi Zığ qəsəbəsində vərəm preparatlarına davamlı xəstələr üçün 95 yerlik xəstəxana fəaliyyət göstərir. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində belə xəstələrin bəlğəmlərinin əkilməsi üçün laboratoriya fəaliyyət göstərir. Bəlğəm əkilir və mikrobaterlyaların hansı preparata davamlı olduğu müəyyənləşdirilir. Preparata davamlı xəstələrin müalicəsi vaxt, xəstələrdən dözüm və iradə tələb edir: “Yüngül formula vərəmin müalicəsi dövlətə 6-7 min dollara başa gəlirsə, vərəm preparatlarına davamlı vərəmin müalicəsi 60-70 min avro vəsait tələb edir. Əgər dövlət bu çətin proses üçün maliyyə ayırsa, insanlar lazım olan dərmanları vaxtında qəbul etməli olduqlarını bilməlidirlər. Vərəm preparatlarına davamlı xəstələrin yoluxdurduqları xəstələr də ən ağır xəstələr sayıla bilər. Biz gözləyə bilmərik ki, kimsə belə xəstə olsun, sonra biz onu yoxlayaq. Bir QHT olaraq ictimaiyyətin bütün nümayəndələrinin diqqətini bu sahəyə yönəltmək istəyirik. İnsanlar vaxtında müayinədən keçsinlər. Əgər 2-3 həftə davam edən öskürək varsa, 5-6 ay əvvəl müayinədən keçmələrinə baxmayaraq təzədən müayinə olunsunlar, bəlğəmin analizi verilsin. Xəstəlik vaxtında aşkar olunanda bu işin öhdəsindən gəlmək olur”.

Vərəmin müalicəsi ilə 250 mütəxəssis məşğul olur

Hazırda Bakının bir çox yerlərində söküntü və tikinti işləri aparılır. Mütəxəssisin sözlərinə görə, söküntü aparılan ərazilərdə tozun ətrafa daha az yayılmasına fikir vermək lazımdır: “Demirəm ki, hər daşın içində vərəm mikrobakteriyaları var. Amma vərəmlə məşğul olunan ərazilərin hansı birində təmir və tikinti işləri aparılacaqsa, həmin binalarda əvvəlcədən dezinfeksiya işləri görülməlidir. Söküntülər ətraf mühitə zərər vurulmadan aparılmalıdır. Çünki toz-torpaq amili də sağlamlığımıza mənfi təsir göstərən və xəstəliklərin yayılmasında əsas mənbələrdən biridir”.

Sökülən ərazilərə  diqqət olunmalıdır

Vərəm xəstəliyinin yayılmasında küçələrdə natəmiz şəraitdə satılan ərzaq məhsulları, xəstə heyvanın ətindən istifadə etmək kimi amillər də rol ala bilər. Ekspertin sözlərinə görə, xəstə heyvanın ətindən və südündən, infeksiyalaşmış hər hansı bir qidadan xəstəlik əmələ gələ bilər. Belə ki, küçədə, insanların çox olduğu yerlərdə meyvə-tərəvəz satılır. Havada olan vərəm mikrobları və ya digər infeksion xəstəliklərin törədicisi meyvə-tərəvəzi çirkləndirir. Bu yolla insanlar xəstəliyə tutula bilərlər: “Qanunla küçədən 5 metrə qədər məsafədə heç bir ərzaq məhsulları, qarpız, yemişi satılmamalıdır. Əhali gərək o qədər maarifləndirilmiş olsun ki, qarpızı, yemişi aldıqdan sonra təmiz yusun və onu soyuducuya qoyduqdan sonra istifadə etsin. Amma bəzən qarpızı yumadan kəsib yeyirlər. İnsanlar bilmir ki, bu yolla öz əli ilə öz daxilinə infeksiya keçirmiş olurlar. Ona görə də az faiz təşkil etsə də, xəstə heyvanların südündən, ətindən istifadə etməklə, eləcə də mikrobla çirklənmiş meyvə-tərəvəzdən də vərəmə yoluxma halları olur. Eyni zamanda, satıcılıqla məşğul olan insanlar da diqqətli olmalıdırlar. Satıcılar, sürücülər, kütləvi xidmət göstərən bütün insanlar vaxtında müayinədən keçirilməlidirlər”. 

Küçədən 5 metr məsafədə qida məhsulları satmaq olmaz

Vərəm xəstəliyi iqtisadi, sosial yönümlü bir xəstəlik olmaqla yanaşı, həm də ekoloji problemlərdən yaranan bir bəladır. Həkimləri narahat edən ağciyər vərəmidir ki, bu xəstəlik də hava-damcı yolu ilə yayılır. T.Həsənov Bakı şəhərinin sanitar vəziyyətindən razı olmadığını bildirdi: “İnsanların istirahət etməsi üçün parklar salınıb. Onlar gəlir və günəbaxan tumlarından istifadə edib ətrafa tökürlər, yedikləri qidaların qalıqlarını, kağızlarını ətrafa tökürlər. Xəstə olan, olmayan hamı küçəyə, bağa, parka-hara gəldi bəlğəm ifraz edir. Qanlı bəlğəm ifraz edənlər də küçəyə bəlğəm ifraz etməkdən çəkinmirlər. Dayanacaqlarda minlərlə siqaret kötüyü olur. Bu insanlarımızın səhiyyə mədəniyyətinin olmamasını göstərir. Məncə, dövlətimiz artıq bu barədə bir qanun hazırlamalıdır və küçəni çirkləndirənlərlə bağlı tədbirlər görülməlidir. Parkda oturub tüpürcəyi, yediyi qidanın qalıqları ilə başqalarının həyatını təhlükə altında qoyanlar yerindəcə cərimə olunmalıdır. Siqareti çəkirlər və küçəyə atırlar. Uşaqlar da həmin küçədə hərəkət edir. Avtobusda hansısa bir sürücü siqaret çəkə-çəkə avtobusu idarə edir. Belə insanlar mütləq cəzalanmaldırlar”.

Vərəm həm də ekoloji problemlərin xəstəliyidir

Vərəm xəstəliyinə düçar olan insanların bu xəstəliyə hansı səbədən yoluxduğunu bilmək digər insanların ehtiyatlı omasına səbəb ola bilər. Bəs görəsən valideyni vərəm xəstəsi olan uşaqda vərəm olma riski nə dərəcədədir? Vərəm xəstəliyinə tutulanlar arasında xəstəliyi ailəsindən alanlar üstünlük təşkil edirmi? T.Həsənov bildirdi ki, əvvələr xəstələrlə bağlı aparılan təhlillər göstərirdi ki, xəstəliyə tutulanlar arasında ailəsində vərəm olanlar üstünlük təşkil edir . Amma son zamanlar vəziyyət bir az dəyişib. Belə ki, ailəsində, uzaq qohumunda vərəm xəstəsi olmayan, belə bir şikayəti olmayan insanlarda da vərəm xəstəliyinin aşkarlanması artıb: “Xəstələrlə sorğu-sual zamanı onlar çox zaman xəstəliyə hardan yoluxmaları ilə bağlı məlumat verə bilmirlər. Məsələn, 10-cu sinfi bitirən bir qız heç yerdə işləmədən, heç yerə çıxmadan sadəcə pəhriz saxlamaqla vərəmə tutulub. Topladığımız məlumatlar zamanı onun nə ailəsində, nə də ünsiyyətdə olduğu insanlarda vərəm xəstəliyinin olmadığı aşkarlandı. Bəzən xəstəlik əlamətsiz şəkildə inkişaf edir. Daha doğrusu, əlamətlər özünü zəif şəkildə göstərir və insan buna fikir vermir. Öskürməyini soyuq su içməsi ilə izah edir. İdmançı oğlan var idi ki, genində bu xəstəlik olmasa da, biz onda vərəm aşkar etdik. Bu onu göstərir ki, vərəm xəstəliyi daha çox hava-damcı yolu ilə yoluxur”. Mütəxəssisin sözlərinə görə, bir aktiv vərəm xəstəsi avtobusda, metroda, küçədə gəzdiyi zaman asqırıb-öskürdükdə vərəm mikroblaranı ətrafa yayır. Ən təhlükəlisi isə odur ki, mikroblar 3-4 saat ərzində havada olur. Nəticədə sağlam insanlar həmin aktiv xəstələrin sayəsində vərəmə yoluxur. Hazırda Azərbaycanda 4 minə yaxın aktiv vərəm xəstəsi qeydiyyata alınıb. 400-ə yaxın isə vərəm preparatlarına davamlı xəstə qeydiyyata alınıb. Əgər bir insanın bir mq bəlğəmində 50-60 min vərəm mikrobakteriyaları aşkar edilibsə, bu ətraf mühit üçün təhlükəlidir. Aktiv vərəm xəstələri il ərzində 250-300 nəfəri yoluxdurur. T.Həsənovun sözlərinə görə, yoluxan insanların 10-12 nəfəri aktiv vərəmə çevrilir. Belə ki, sosial problemi olan, immun sistemi zəif olan, bir sıra xroniki xəstəliyi olanlar xəstəliyə daha çox yoluxurlar.

Vərəmdə genetik faktor məsələsi əsasdırmı?

T.Həsənovun sözlərinə görə, əhali arasında vərəm xəstəliyi ilə bağlı maarifləndimə işinin aparılması çox vacibdir. Belə ki, əhali vərəmin müalicə olunan xəstəlik olduğunu bilməlidir. Mütəxəssisin sözlərinə görə, vərəm preparatlarına davamlı xəstələr var ki, xəstəliyin bu hal almasında xəstələr özləri günahkar olur. Vaxtında və düzgün müalicə almayan, mütəxəssis həkimə yox, başqa sahənin həkimlərinə müraciət etməklə effektisiz və fasiləli müalicə alan insanlarda vərəm preparatlara davamlı şəklə keçir. Vərəm preparatlarına davamlı xəstələrə dərmanlar kömək etmir. Belə xəstələr ağır xəstələr saylır. T.Həsənovun sözlərinə görə, belə xəstələr üçün 18-24 ay müalicə tələb olunur ki, bu da çox bahalı müalicədir: “Müalicə Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında aparılır. Respublikamızda bu cür xəstələr üçün 95 yerlik xəstəxana açılıb. Belə xəstələrin həmin mikanda müalicəsinə 2010-cu ilin sonunda başlanılıb. Xəstəliyin müalicəsi xəstənin özündən möhkəm iradə, xəstə yaxınlarından isə diqqət tələb edir. Problem məsələlərdən biri də xəstəliyin gizlədilməsi ilə bağlıdır. Bizdə xəstəliklə bağlı qonum-qonşunun bilməməsi üçün əllərindən gələni edirlər. Bu isə xəstəliyin dərinləşməsinə səbəb olur”.

Vərəm haqqında maariflənmək xəstəliyin qarşısını alır

“Səhhət” İctimai Fondunun sədri, Səbail rayon vərəm dispanserinin şöbə müdiri Tariyel Həsənovun sözlərinə görə, «Vərəm xəstəliyinin artması ilə əlaqədar olaraq əhali arasında sanitar maarifi» layihəsi həyata keçirilir. Layihə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşır. Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında tədbirlər həyata keçirilib: «Son 4 ildə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 18 rayonda layihələrimizi həyata keçirmişik. Son iki ildə layihələrimizi Bakı ərazisində-Səbail və Qaradağ rayonlarında həyata keçirmişik. Birinci 4 aylıq layihənin 2 ayı ərzində 450 gənc və yeniyetmə arasında müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilib. Səbail rayonunun 51, 153 saylı məktəblərində yuxarı sinif şagirdləri arasında maarifləndirmə aparılıb. Layihənin ikinci mərhələsi tələbələri əhatə etdi. Maliyyə İqtisad Kollecinin tələbələri arasında maarifləndirmə işləri aparıldı. Vərəmin profilaktikası ilə bağlı bukletlər hazırlandı və paylanıldı. Səhiyyə Nazirliyi tərəfindən eyni məqsədə xidmət edən bukletlər təqdim olunmuşdu». Layihənin davamı Qaradağ rayonunda həyata keçirilib. Tədbir məscidlərdə-dindarlar arasında maaarifləndirmə işinin aparılmasından ibarət olub. Lökbatan və Sahil qəsəblərində yerləşən məscidlərdə əhalinin toplaşmasından istifadə olunaraq vərəm xəstəliyi ilə bağlı geniş məlumat verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hazırda dünyada 20 milyon vərəm xəstəsi var. Hər il 3 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. Azərbaycanda 4 min aktiv vərəm xəstəsi var. Vərəm xəstəliyinin adətən sosial xəstəlik olduğu vuruğulanır. Mütəxəssislərin fikrinicə, normal qidalanmamaq, havası təmiz olmayan, gün düşməyən evlərdə yaşamaq, işləmək insanda bu xəstəliyin yaranmasına səbəb olur. İnsanlar arasında daha çox ağciyər vərəmi yayılıb. Bütün yolxucu xəstəliklərdə olduğu kimi vərəm xəstəliyi ilə də bağlı maarifləndirmənin aparılması vacibdir. İnsanlar arasında maariflənmənin aparılması xəstəliyin qarşısını almaqda əsas vasitələrdən biridir.