Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, bu gün partiya rəhbərliyi Respublika Prokurorluğuna məktub ünvanlayıb. Məktubda partiyanın mənzil qərargahının qaytarılması tələb olunub.
Qeyd edək ki, 02.01.2011-ci il tarixdə partiyanın mənzil qərargahında keçirilən Baş Məclisin iclasında partiya sədri Mövsüm Səmədov hakimiyyəti kəskin tənqid etmişdi. 07.01.2011-ci il tarixdə isə M.Səmədov və partiyanın bir neçə funksioneri həbs olunubmuşdu. Həmin tarixdən mənzil qərargahına Mənzil İstismar İdarəsi tərəfindən möhür vurulub və qərargahın qapısında post patrul xidməti qurulub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır