Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası şahid ifadələriylə davam etdirilib.
Şahid qismində Elnur Xudaverdiyev dəvət olundu. O təqsirləndirilən şəxslərdən Mövsüm Səmədovu, Vaqif Abdullayevi, Rufulla Axundovu və Fəramiz Abbasovu tanıdığını bildirdi.
Şahid kimi sərbəst ifadə verərkən ittiham olunan şəxslərin hamısını düzgün, əxlaqlı, İslama, Vətənə sadiq, ədalətli bir insan kimi tanıdığını bildirdi: «Hacı Mövsümlə partiyada tanış olmuşam. Onun çox əxlaqlı, mənəviyyatlı bir insan olduğunu gördüm. O da məni partiyaya dəvət eləyəndə bildirdi ki, bizim işimiz İslami maarifləndirmədi. Quranı, onun buyurduğu kimi əmr be məruf və nəhy əz münkərə uyğun davranmaqdır. Onlar haqqında deyilən ittihamlara gəldikdə isə adicə məntiqi məsələdir ki, azacıq dəstə ilə silahsız, maddiyatsız dövlət çevrilişi olmaz. Bütün bu söhbətlərlə onlar haqsızlığa qarşı öz vəzifələrini yerinə yetiriblər. Bu da dinin vacibatlarındandır. Vaqif Abdullayevlə əvvəl tanışlığımız var. Onu gözəl bir insan kimi tanıyıram. Hacı Fərəməz Azərbaycanın ən nüfuzlu ruhanilərindəndir. Bu mömin insan haqqında olan ittihama heç kim inanmır».
Bu yerdə prokuror etiraz edərək bildirir ki, şahidin ifadəsi işin mahiyyəti ilə uyğun deyil.
Rufulla Axundov: Bəs keçən dəfə gələn şahid deyəndə ki, Rufulllaya nifrət edirəm niyə etiraz etmədiniz? Qoyun danışsın da. Onda heç demirdin işin mahiyyətinə aid deyil?
Hakim Elnur Xudaverdiyevə ifadəsini davam etdirməsini deyir.
E.Xudaverdiyev: Bu ittihamlara gəldikdə , mən Fəramizlə həmişə bir yerdə olmuşam. Ondan heç bir şey eşitməmişəm. Şəhid məclislərində, başqa dövlət tədbirlərində insanları hər zaman Vətənə məhəbbətə çağırıb. Çünki əziz peyğəmbərimiz buyurub ki, Vətəni sevmək imandandır. Fəliyyətimiz də bu yöndə olub.
Dövdlət ittihamçısı: Niyə partiyanın Masallı rayon komitəsinin sədirliyindən çıxdınız?
E.Xudaverdiyev: Komitə sədrliyi çox böyük məsuliyyətdir. Mən də şəxsi məsələlərimə görə sədrlikdən imtina etdim. Bu haqda Mehdi müəllimə də ərizəmi vermişəm.
D.İ.: Mehdi müəllimə niyə vermisiz? Partiyanın sədri məgər odur?
E.X.: Ünvanı belə göstərdilər. Ondan qabaq da çıxmaq istəyirdim. Və Hacı Mövsümlə bu barədə dəfələrlə söhbətimiz olmuşdu. Lakin şərait belə gətirdi.
D.İ.: Ərizənin məzmunu necə idi?
E.X.: Mən xəstəlyim ilə əlaqədar olaraq xaricə getməliydim. Lakin qoymadılar. Bildirdilər ki, ərizə yazmalıyam. Mən də yazdım.
D.İ.: Barənizdə qəti-imkan tədbiri yox idisə, niyə xaricə getməyə qoymurdular?
Anar Qasımlı müdaxilə edir: Bizim əlimizdə məlumat var ki, həmin ərəfədə istintaq getdiyinə görə 30 nəfərdən çox insanı xaricə getməyə qadağan etmişdilər.
D.İ.: Yanvarın 2-də iclasda olmusunuz?
E.X.: Bəli.
D.İ.: Kim dəvət eləmişdi?
E.X.: Vaqif Abdullayev.
Nemət Heydərov: Ümumiyyətlə neçə dəfə iclasda olmusunuz?
E.X.: Bir-iki dəfə.
N.H.: Həmişə Hacı Vaqif çağırıb?
E.X.: Bəli. Onun vəzifəsi o idi.
N.H.: Nə ilə çağırırdı?
E.X.: Telefonla.
N.H.: Həmin çağırışlarda sizə qanunnsuz nəsə deyib, ya tapşırıbmı?
E.X.: Sadəcə iclasların təyin olunduğu vaxtı deyirdi. Biz də demişik ki, imkan olsa gələrik.
N.H.: Vaqif müəllim də iclasda iştirak edibmi?
E.X.: Sadəcə gələn qonaqları salamlayıb. Onda başqa çıxışını mən eşitməmişəm.
N.H.: Başqalarından onun silah-sursat gizlətməsi, terrora çvağırış və ya nəsə bunun kimi qanunsuz çağırışlar etdiyini eşidibsən?
E.X.: Nə özüm eşitmişəm, nə də başqalarından. Heç vaxt da inanmaram.
Həbib Əliyev: Sizi gömrükdə saxlamağı bir az ətraflı danışın.
E.X.: Astaradan getmək istəyərkən saxladılar. Sonra Astara polis şöbəsinə gətirdilər. Dedilər ki, sabah Bakıda olmalısan.
H.Ə.: Din xadimi kimi sizdən soruşuram. Hər hansı bir şəxsin məscidin minbərində çıxmağa ixtiyarı var?
Dövlət İttihamçısı: Bir şəxs ki, xarici dinindən üstün tutur, ondan nə soruşarlar?
Rufulla Axundov (dövlət ittihamçısına): Sənin vicdanın ləkəlidir. Sən şahidə təzyiq edirsən.
Hakim (E.Xudaverdiyevə): Suala cavab ver.
E.X.: İslam baxımından ancaq ruhani olan şəxs çıxış edə bilər.
Həbib Əliyev: Adi bir şəxs orda çıxış edə bilərmi?
E.X.: Xeyr. Haqqı yoxdur.
Anar Qasımlı: Burda oturanlardan hansısa barədə silah-sursat saxlama, terror etmə, yəhudilərə qarşı nəsə etmə barədə bir şey eşitmisən?
E.X.: Bu deyilənlər dinimizə ziddir və haramdır. Heç bir dindar, mömin, o cümlədən təqsirləndirilən şəxslər belə addım atmaz.
Hakim Eldar İsmayılov: Siz dediniz ki, Səmədovla söhbət edəndə siyasi fəaliyyətin olmayacağını bildirib. Nizamnamə ilə tanışsan.
E.X.: Bəli. Özüm oxumuşam.
Hakim Eldar İsmayılov (Mövsüm Səmədova üzünü tutur): Sizi demisiniz ki, siyasi fəaliyyətimiz olmayacaq?
Mövsüm Səmədov: Aydın məsələdir ki, siyasi partityanın fəaliyyəti elə siyasi olmalıdır. Bilirsiniz, İslam Partiyasına həmişə pis nisbət veriblər. Biz demişik ki, fəaliyyətimiz Konstitusiyanın qoyduğu qanunlardan kənara çıxmayacaq. Bu bizim konstitusyon haqqımızdır ki, xalq istəsə hakimiyyətdə təmsil oluna bilərik.
Hakim E.İsmayılov (E.Xudaverdiyevə): Partiyanın komitə sədrliyindən getmə səbəbiniz nə olub?