Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
ABŞ rejiminin dünyanın demək olar ki, 90 faiz məkanında casusxanaları vardır. Ştatların xaricdəki casusluq prinsipini həyata keçirən orqanlarının hamısı onun ölkələrdəki səfirliyi vasitəsi ilə idarə olunur.
ABŞ-ın Azərbaycan üzərində marağının digər ölkələrə nisbətən daha çox olması səbəbindən buradakı səfirlik daha çox potensiala malikdir.
Xatirinizdədirsə, prezident Obama Azərbaycana səfir vəzifəsinə şəxsən özünün seçdiyi adamı göndərdi, hətta Brayzanın seçilməsi də müzakirəsiz filansız baş verdi.
Brayzanın ATƏT-in Minsk qrupunun həmsədri olması onun bu vəzifəyə təyin olunması şansını daha da artırırdı.
Həmçinin Brayza hələ o zamanlar ABŞ-ın bir nömrəli düşməni İran əleyhinə bir neçə dəfə mətbuatda çıxışlar da etmişdir. Əlbəttə ki, belə bir kadrın İranın yaxın qonşusu olan Azərbaycanda casusluq etməsi daha məqsədə uyğun idi.
Digər tərəfdən Obama yaxşı bilirdi ki, Brayza Ermənistan- Azərbaycan arasında aparılan müzakirələrin
uzadılmasında mühüm rol oynayan diplomatlardandır. Məhz onun Azərbaycanda səfir olması ABŞ-ın gizli planlarını həyata keçirməsinə kömək ola bilər.
Məsələyə digər tərəfədən yanaşsaq görərik ki, Brayza ABŞ-ın Azərbaycanda fəaliyyət göstərmiş sabiq səfirlərindən fərqlənir. Əvvəlki səfirlər Bakıda yaşadıqları dövrdə özlərini Azərbaycan prezidentindən heç də fərqləndirmirdilər. Onları xalq yalnız televiziya vasitəsi ilə görə bilirdi. Bir çox dövlət tədbirlərinə də qatılmağı sevmirdilər və müxtəlif bəhanələrlə ictimaiyyət arasında görünməkdən yayınırdılar.
Brayzaya gəlincə isə o tamam başqa bir strategiya yürüdür. Brayza sakinlər arasına çıxmaqdan, tək başına küçədə gəzməkdən, hətta bir neçə ay bundan öncə Bakıda keçirilən müxalifətin mitinqləri zamanı ailəsi ilə birgə “Fəvvarələr Meydanın” da istirahət etmək bəhanəsi ilə çıxaraq mitinqi izləməkdən belə çəkinmir.Əlbəttə ki, burada səfirin şəxsi keyfiyyətlərinin müsbət olması, onun sadə xarakterə malik olmasını düşünmək sadəlövhlük olar. Şübhəsiz ki bu ABŞ-ın yeni siyasi gedişidir və səfirin xalq arasında sevilmə siyasətinə xidmət edir. “
Dünən isə ABŞ-ın Bakıdakı səfirliyi növbəti bir siyasi gedişə imza atdı. Mübarək Ramazan ayı münasibti ilə səfirlik iftar süfrəsi açaraq bir çox dövlət rəsmilərini iftara dəvət etdi. İftar süfrəsini açıq elan edən Brayza çıxışında “ Qurani-Kərimdə deyilir ki, bu gecə başqa çoxsaylı gecələrdən daha önəmlidir. Çünki bu gecə mələklər yerə enir və insanların dualarını eşidir. Qədr gecəsi mənim ailəm və səfirlik heyəti üçün önəmli gecələrdən biridir”.
Çox gülməli bir hadisədir. Sən demə dünyada müsəlmanların qanına susamış ABŞ-ın səfiri Qurani Kərim də oxuyur. Amma həm də gözəl haldır. Bəs görəsən ABŞ səfiri Qurani Kərimi oxuyarkən günahsız insanları qətlə yetirməyin nə boyda günah olduğunu deyən ayələrə rast gəlibmi?
Bir müsəlan olaraq səfir Brayzaya müraciətim budur. İnsan bu qədər iki üzlü olmaz. Sən hara, verdiyin iftar süfrəsi hara?
Sən doğurdanmı bir -iki orucdan xəbəri olmayanı başına yığıb haramlardan açdığın qonaqlıq süfrəsini “iftar süfrəsi” olduğuna inanırsan? Yoxsa ələ salırsan müsəlman xalqını?
Əgər həqiqətən bunun iftar süfrəsi olduğuna inanırsansa, yanılırsan. “İftar süfrəsi” Allahın insanların halal qazancından əldə etdikləri nemətlərlə açılan süfrədir bizim dinimizdə. Sənin açdığın süfrənin haramlığı nə inki bizə, dünyanın hər bir xalqına məlumdur. Hətta süfrə başında Ramazan duası oxuyan QMİ sədrinin müavini Salman Musayev də bunu çox gözəl bilir. Neçə-neçə ölkənin işğalından əldə etdiyiniz qazancla maliyyələşmirmi sizin səfirliklər?
KƏNAN MEHDİ
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır